Avropada Qarabağla bağlı təhlükəli oyun
Avtoritar Rusiyanın Qarabağ barədə etdikləri hər yönüylə göz önündədir. Gəlin bir də son on beş gündə demokratik Avropada Qarabağ məsələsi ilə bağlı baş verənlərə diqqət yetirək.
Bu sözləri QAFSAM-ın sədr müavini, siyasi elmlər üzrə fəlsəfə doktoru Nazim Cəfərsoy qeyd edib.
Alim sözügedən hadisələri aşağıdakı kimi qruplaşdırıb:
“Birincisi, Fransa parlamentinin hər iki qanadı qondarma “dqr”in müstəqilliyini dəstəkləyən və Azərbaycanı sərt şəkildə ittiham edən qətnamələr qəbul edib;
İkincisi, Fransa Paşinyan vasitəsilə özünü Brüssel görüşünə dəvət etdirib və bu, bildiyimiz kimi, 7 dekabrda keçirilməli görüşün ləğvinə səbəb oldu;
Üçüncüsü, Qarabağdakı separatçı tör-töküntülərinin başçısı Araik Arutyunyan hazırda Fransada səfərdədir və orada təxribatçı fəaliyyətlərə davam edir. Üstəlik Araikə “France 24” başda olmaqla bir çox televiziya kanallarında geniş yer verilir;
Dördüncüsü, Almaniyanın məşhur ZDF televiziya kanalı Ruben Vardanyanla müsahibəni yayımlayır, Ermənistanda isə Azərbaycana qarşı müharibəyə hazırlaşan yarı hərbiləşmiş strukturları buna təşviq edən video-süjetlər çəkir.
Üstəlik bütün bunlar Avropanın Azərbaycan enerjisinə və Çinlə əlaqə üçün Zəngəzur dəhlizinə strateji ehtiyacı olduğu vaxtda həyata keçirilir”.