Sizin Reklam Burada

İki dövlət arasında qardaşlıq münasibətlərinin rəmzi

İki dövlət arasında qardaşlıq münasibətlərinin rəmziErmənistanın təcavüzü nəticəsində 30 ilə yaxın müddət ərzində Azərbaycanın tarixi torpaqları işğal edilmiş və bir milyona yaxın soydaşımız öz yurdlarından qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. Təəssüflər olsun ki, dünya ictimaiyyəti bu təcavüzkar siyasətə və haqsızlığı illər boyu biganə yanaşmışdır. BMT Təhlükəsizlik Şurası tərəfindən Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərindən çıxarılması barədə qətnamələri kağız üzərində qalaraq icra edilməmişdir. 30 il ərzində beynəlxalq hüquqa qarşı Ermənistanın saymazyana, vasitəçilərin isə laqeyd münasibətindən irəli gələn işğal faktının davam etməsinə Azərbaycan ordusu 44 günlük müharibə ilə son qoydu. Hərbi əməliyyatlar Azərbaycan dövlətinin siyasi-diplomatik gücünü və cəsarətini, eyni zamanda hərbi qüdrətini bütün dünyaya nümayiş etdirdi. 2020-ci il dekabr ayının 10-da keçirilən hərbi parad isə tarixi qələbənin təntənəli sonluğu idi. Qeyd etməliyik ki, müstəqilliyimizin simvolu olan Azadlıq meydanında bu günə kimi çoxsaylı paradlar keçirilib. Ancaq Müzəffər Ali Baş Komandan İlham Əliyev cənablarının iştirakı ilə keçirilən Zəfər paradını digərlərindən fərqləndirən onun Azərbaycan xalqı və dövləti üçün xüsusi əhəmiyyət daşımasıdır. Bu parad döyüşlərdən qalib çıxmış, düşməni Dəmir Yumruqla əzmiş əsgərlərimizin, zabitlərimizin, gizirlərimizin qalibiyyət yürüşü idi. Bu paradda həmçinin Azərbaycan Ordusunun döyüş meydanlarında məhv etdiyi, qənimət götürdüyü düşmənin hərbi texnikaları da nümayiş etdirildi.

Böyük qürur hissi ilə qeyd etməliyik ki, tariximizə qızıl hərflərlə yazılmış İkinci Qarabağ müharibəsi işğalçının 30 il ərzində formalaşdırdığı “məğlubedilməzlik” mifinin darmadağın edilməsiylə nəticələndi.

“Keçilməz Ohanyan səddi” qısa vaxt ərzində keçildi və düşmənin milyardlarla qiymətləndirilən hərbi texnikası və on minlərlə canlı qüvvəsi məhv edildi. Müharibə dövründə pərən-pərən düşən düşmən ordusunun şəxsi heyəti içərisində minlərlə fərari meydana gəlmişdi. Azərbaycan əsgəri isə tarixi ədaləti bərpa etməklə torpaqlarını düşmən işğalından azad etməkdən güc alırdı. Təkcə bir faktı deməliyik ki, döyüşlərdə yaralanmış əsgər və zabitlərimiz müalicə aldıqları xəstəxanalarda həkimlərdən “bizi tezliklə sağaldın və döyüş meydanına yenidən qayıdaq və öz missiymızı yerinə yetirək” xahişi bunun ən böyük sübutu idi. Vətən müharibəsi və əldə edilən tarixi Zəfər bir çox gerçəklikləri, həqiqəti gün üzünə çıxardı.

Zəfərə aparan yol ölkəmizdə milli həmrəyliyi daha da gücləndirdi, gücümüzə güc qatdı. Azərbaycan ərazisində yaşayan bütün xalqlar Dəmir Yumruq ətrafında sıx birləşərək tarixi qələbənin qazanılmasında böyük rol oynadılar. Bu qələbə bir daha xalq-iqtidar-ordu birliyinin yüksək səviyyədə olduğunu bütün dünyaya nümayiş etdirmiş oldu. Nəhayət, “Bu Qələbə, bu Zəfər bütün xalqımıza inam və ruh verdi. Biz təkcə ərazi bütövlüyümüzlə yanaşı milli qürurumuzu da bərpa etdik”.

Zəfər paradının diqqəti çəkən əsas məqamlarından biri də münaqişənin davam etdiyi 30 il ərzində Azərbaycanın yanında olan və 44 günlük müharibənin gedişində verdiyi siyasi dəstəklə bir çox güc mərkəzlərinin neytrallaşdırılmasında həlledici rol oynayan qardaş Türkiyə Respublikasının dövlət başçısının bu təntənəli paradda iştirakı və Türkiyə hərbçilərinin nümunəvi keçidi oldu. İkinci Qarabağ müharibəsi Azərbaycan-Türkiyə qardaşlığının sarsılmaz olduğunu və möhkəm təməllərə əsaslandığını bir daha nümayiş etdirdi. Tarix boyu Azərbaycan Türkiyə qardaşlığı iqtisadi, siyasi və hərbi əməkdaşlıqdan daha güclü olmuş və hər hansı marağa söykənməməklə ilk növbədə mənəvi anlam və bağlılıq kəsb etmişdir.

Bu bağlılıq və birliyi bütün dünyaya olduğu kimi tanıdansa heç şübhəsiz 44 günlük Vətən müharibəsi dövründə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dediyi “Azərbaycan yalnız deyil. Türkiyə hər zaman Azərbaycanın yanındadır” fikirləri bir çoxları üçün ciddi mesaj olmuşdu. İki ölkə, sözün əsl mənasında, yeni bir dostluq və qardaşlıq dastanı yazdı, tarixi salnamə yaratdı. Sevindirici və qürurverici haldır ki, Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu “Bir millət, iki dövlət” ideyası yalnız sözdə və imzalanan sənədlərdə deyil, həm də əməldə, praktiki fəaliyyətdə və real həyatda öz təsdiqini tapdı.

Samir Baxşiyev
YAP Siyəzən rayon təşkilatının sədri

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər