Sizin Reklam Burada

İki ölkə rəhbərinin paradı birgə qəbul etməsi beynəlxalq ictimaiyyətə verilmiş ciddi mesajdır

İki ölkə rəhbərinin paradı birgə qəbul etməsi beynəlxalq ictimaiyyətə verilmiş ciddi mesajdırVətən müharibəsi bitdikdən sonra 2020-ci il dekabrın 10-da paytaxt Bakıda keçirilən möhtəşəm Zəfər paradı Azərbaycanın gücünü və tarixi Qələbəmizi bütün dünyaya bir daha nümayiş etdirdi. Keçirilən bu parad Müzəffər Ali Baş Komandan İlham Əliyev cənablarının rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun 44 gün davam edən müharibədə qazandığı tarixi Qələbənin təntənəsi oldu. Qazanılan tarixi qələbə nəticəsində 30 il həsrət qaldığımız Vətən torpaqlarında artıq üçrəngli Azərbaycan bayrağı dalğalanır ki, bu da hər birimizə böyük qürur və fəxarət hissi yaşadır.

Zəfər paradında xüsusi məqamlardan biri isə Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə birlikdə Zəfər paradını izləməsi oldu. Qeyd etməliyik ki, bu hadisə Azərbaycanla Türkiyə arasındakı dostluq və qardaşlığın daha bir əyani təzahürü olmaqla yanaşı iki ölkə rəhbərinin paradı birgə qəbul etməsi beynəlxalq ictimaiyyətə verilmiş ciddi mesaj idi. Azərbaycan xalqı qardaş Türkiyə ilə birlikdə Bakının Azadlıq meydanında möhtəşəm Zəfər paradını keçirməsi dostlarımızı sevindirmiş, düşmənlərimizi isə dərindən yaralamışdır.

İkinci Qarabağ müharibəsi Azərbaycan-Türkiyə qardaşlığının sarsılmaz olduğunu və möhkəm təməllərə əsaslandığını bir daha nümayiş etdirdi. Tarixi Zəfərimizin qazanılmasında qardaş dövlətin mənəvi dəstəyi xüsusi rol oynamışdır. İki ölkə, sözün əsl mənasında, yeni bir dostluq və qardaşlıq dastanı yazdı, tarixi salnamə yaratdı. Postmüharibə dövrünün reallıqları da bu gerçəkliyi təsdiqləyir.

Postmüharibə dövründə Azərbaycanımızın siyasi və mədəniyyət beşiyi olan Şuşa şəhərində iki dövlət arasında 2021-ci ilin 15 iyununda imzalanmış Şuşa Bəyənnaməsi isə mühüm tarixi hadisə kimi yaddaşlarımıza əbədi olaraq həkk olundu. Azərbaycan və Türkiyə arasında imzalanmış Şuşa Bəyannaməsi iki ölkə arasında münasibətlərdə inqilabi gerçəklikdir. Bu, ilk növbədə, iki qardaş ölkənin əlaqələrinin, birliyinin - həmrəyliyinin sarsılmaz olduğunu göstərdi. Bir daha bəlli oldu ki, Azərbaycan-Türkiyə münasibətləri bütün siyasi hadisələr və proseslərin fövqündədir.

Böyük qürur hissi ilə qeyd etməliyik ki, hazırda işğaldan azad edilmiş ərazilərimizdə aparılan genişmiqyaslı tikinti, quruculuq, abadlıq işlərində qardaş Türkiyə dövləti də yaxından iştirak edir. Öz doğma yurdlarından qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş soydaşlarımızın evlərinə qayıtması üçün “Böyük qayıdış”ı reallığa çevirmək məqsədilə böyük işlər görülməkdədir. İşğaldan azad olunmuş ərazilərdə həyata keçirilən bərpa-quruculuq işləri Azərbaycan dövlətinin gücünü, ölkə rəhbərliyinin siyasi iradəsini və xalqımızın əzmini, öz torpaqlarına bağlılığını bir daha bütün dünyaya nümayiş etdirir.

Rəşad Rəhmanov
Siyəzən şəhər 2 saylı tam orta məktəbin direktoru

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər