Azərbaycan və Rusiya arasında sənədlər İMZALANDI
Dərc olunub:
5-12-2022, 15:37
Moskvada Azərbaycan və Rusiya arasında sənədlərin imzalanması mərasimi keçirilib.
Avrasiya.net xəbər verir ki, bu gün Azərbaycan və Rusiya arasında 2023-2024-cü illər üzrə XİN-lərarası məsləhətləşmələr Planı imzalanıb.
Sənədi Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Rusiyanın XİN başçısı Sergey Lavrov imzalayıblar.
Qeyd edək ki, Ceyhun Bayramov hazırda Rusiyada işgüzar səfərdədir.