Ermənistan Bakıya 10 meyit və 2 xəritə verdi

Ermənistan Bakıya 10 meyit və 2 xəritə verdiErmənistan Azərbaycana Birinci Qarabağ müharibəsində ölən 10 nəfərin meyitinin qalıqlarını verib.

Avrasiya.net axar.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidməti məlumat yayıb.

“1 dekabrda Ermənistan Azərbaycana Birinci Qarabağ müharibəsində öldüyü ehtimal edilən 10 nəfərin meyitinin qalıqlarını, həmçinin 4 meyitin basdırıldığı yerin xəritəsini (2 xəritə) verib”, - məlumatda qeyd edilib.

Bildirilib ki, 10 noyabr 2020-ci ildən indiyədək Ermənistan Birinci Qarabağ müharibəsində ölənlərdən 140 nəfərinin meyitinin qalıqlarını və 5 xəritə verib.

Qeyd edək ki, məlumatla bağlı Azərbaycanın rəsmi açıqlaması hələ yoxdur.