Sizin Reklam Burada

"Güney Azərbaycan türklərinə sahib çıxmaq istiqamətində hərəkət etməliyik"

"Güney Azərbaycan türklərinə sahib çıxmaq istiqamətində hərəkət etməliyik"Hazırda İran-Azərbaycan münasibətlərində gərginliyin davam etdiyi, mollaların günahı üzündən sərt ritorika və qarşılıqlı ittihamların müşahidə edildiyi bir məqamda, Ümid Partiyasının Güney Azərbaycan Keçici Milli Məclisinin Təşkilat Komitəsinin üzvləri ilə görüşümüzü təşkil etməsini Milli Həmrəylik Partiyası (MHP) olaraq yüksək qiymətləndiririk.

Ümid Partiyasının mənzil-qərargahında Güney Azərbaycan Keçici Milli Məclisinin Təşkilat Komitəsinin üzvləri ilə ölkəmizdə fəaliyyət göstərən siyasi partiyaların, Qeyri-hökumət təşkilatlarının və media nümayəndələrinin görüşünün keçirilməsi güneyli soydaşlarımıza mənəvi-siyasi dəstək verilməsi baxımından olduqca önəmlidir. Tədbirə ev sahibliyi edən Ümid Partiyasının sədri İqbal Ağazadənin əlaqələndiricilik rolunu da xüsusi qeyd etməliyik.

Quzeydəki siyasi partiyaların və ictimai təşkilatların Güneydəki soydaşlarımızın haqq və hüquqlarının müdafiəsi üçün bir araya gəlməsi, toplaşması təqdirəlayiq haldır və çox vacibdir. Mən də bu görüşdə Milli Həmrəylik Partiyasının adından çıxış edərək Güney Azərbaycandakı soydaşlarımızı tək qoymayacağımızı bəyan etdim. Zatən Prezident İlham Əliyev də noyabrın 25-də ADA Universitetində keçirilən beynəlxalq konfransdakı çıxışı zamanı qeyd etdi ki, biz İranda yaşayan azərbaycanlıların müdafiəsi üçün əlimizdən gələni edəcəyik. Bu bizim mənəvi, milli borcumuzdur.

İranın fars-molla rejimi bütün maskalarını çıxarıb yerə atıbsa və bizə qarşı dost deyil, düşmən mövqeyini açıq şəkildə nümayiş etdirməyə, Azərbaycanla təhdid dilində danışmağa, işğalçı Ermənistanı isə özünün strateji müttəfiqi kimi dəstəkləməyə başlayıbsa, o zaman biz də Güney Azərbaycan türklərinə sahib çıxmaq istiqamətində hərəkət etməliyik. Biz bu istiqamətdə vahid mövqedən çıxış edən bütün partiya və təşkilatlarla güclərimizi birləşdirməyə, milli birlik və siyasi həmrəylik mövqeyindən çıxış etməyə hazırıq.

Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər