Sizin Reklam Burada

“Elə siyasi partiya var ki, adındakı hərflərin sayı üzvlərinin sayından çoxdur"

“Elə siyasi partiya var ki, adındakı hərflərin sayı üzvlərinin sayından çoxdur"“Partiya sədri tanıyıram ki, rəhbərlik etdiyi təşkilatın möhürünü hara qoyub yadına düşmür. Elə partiya sədrləri də var ki, həyat yoldaşı belə onun partiyasına üzv olmur ki, get işinlə məşğul ol, səndən siyasətçi olmaz”.

Avrasiya.net xəbər verir ki, bu sözləri deputat, Azərbaycan Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayev parlamentin noyabrın 29-da keçirilən plenar iclasında “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin l oxunuşda müzakirəsi zamanı çıxışında deyib.

Onun sözlərinə görə, elə siyasi partiya var ki, adındakı hərflərin sayı üzvlərinin sayından çoxdur:

“Hesab edirəm ki, yeni qanun layihəsinin əsas qayəsi ondan ibarətdir ki, bu məsələlər həllini tapsın. Siyasi partiyatara hörmət olmalı və nüfuzu qalxmalıdır”.

“Bəzi insanlar var ki, cibində 5-6 partiyanın vəsiqəsini gəzdirir. Hansı sərf edirsə ondan da istifadə edir. 3-5 və ya 10 nəfərlə siyasi partiya olmaz. Bir ara siyasi partiya yaratmaq dəb halını almışdı. Bu gün başqa dövrdür” - E.Musayev əlavə edib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər