Mən gecə rahat yatıram və oyaq qalmıram - Prezident
Azərbaycan iki ildən çoxdur ki, o işğalın ağırlığını öz üzərindən atıb.
Avrasiya.net xəbər verir ki, bunu Prezident İlham Əliyev noyabrın 25-də ADA Universitetində keçirilən “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransda bildirib.
"Mən gecə rahat yatıram və oyaq qalmıram. Yox, həqiqətən belədir. Elədir ki, var. Gecə oyanmaq üçün mənə səbəb yoxdur. Xüsusən də indi, belə bir dinc şəraitdə. Çünki Azərbaycan iki ildən çoxdur ki, o işğalın ağırlığını öz üzərindən atıb. Eskalasiya riski yoxdur, çünki ola bilsin, siz eşitmisiniz ki, işğal zamanı Ermənistanın yüksəkrütbəli rəsmiləri bizi “yeni ərazilər uğrunda yeni müharibə” ilə hədələyirdilər. Bu, hazırda cənab Paşinyanın həbs etdirdiyi Ermənistanın keçmiş müdafiə nazirinin kəlamıdır. Lakin həmin sözlər Azərbaycana açıq təhdid idi. Başqa çox yekəxana şərhlər də səsləndirildi ki, əgər müharibə başlasa, erməni tankları Bakının küçələrində olacaqlar. Əslində, bu lovğa şərhlər reallığa çevrildi. Erməni tankları Bakının küçələrinə gəlib çıxa bildi, amma hərbi parad üçün gətirdilər. İndi isə onlar Hərbi Qənimətlər Parkındadır.
Beləliklə, bu cür möhtəşəm Qələbədən sonra, gecəni yatmaq üçün istifadə etməməyin səbəbi yoxdur", - dövlət başçısı qeyd edib.