Sizin Reklam Burada

Qarabağ probleminin həlli Ulu Öndər Heydər Əliyevin siyasi vəsiyyəti idi

Qarabağ probleminin həlli Ulu Öndər Heydər Əliyevin siyasi vəsiyyəti idiBildiyimiz kimi noyabr ayının 21-də Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının yaradılmasının 30 illiyi münasibətilə tədbir keçirilmişdir. Yubiley tədbirində çıxış edən Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev cənabları Yeni Azərbaycan Partiyasının yaranması tarixindən və Ulu Öndər Heydər Əliyevin çoxşaxəli fəaliyyətindən geniş bəhs etmişdir. Cənab Prezident öz çıxışında əsası Ümummilli Liderimiz tərəfindən qoyulmuş Yeni Azərbaycan Partiyasının müstəqil dövlətçilik tariximizdə oynadığı roldan danışaraq qeyd etmişdir ki, güclü lider ətrafında yaradılan Yeni Azərbaycan Partiyası qısa müddət ərzində cəmiyyətin ən sağlam qüvvələrini öz ətrafında sıx birləşdirərək ümumxalq partiyasına çevrilə bilmişdir. Yeni Azərbaycan Partiyasının qısa müddətdə xalqın sevimli partiyasına çevrilməsinin isə tək bir səbəbi var idi - xalqın partiyanın sədrinə olan sevgisi, inamı. Çünki zaman göstərdi ki, xalq Ulu Öndər Heydər Əliyevə arxalanmaqla, onun ətrafında sıx birləşməklə öz gələcəyini təmin etmiş oldu. Taleyimizin keşməkeşli, təlatümlü və sınaqlı dövründə Ulu öndər Heydər Əliyevin xalqın tələbi və arzusu ilə hakimiyyətə ikinci dəfə gəlişi bu acınacaqlı mənzərəni tamamilə dəyişdi. Qısa vaxt ərzində dərin böhrandan çıxış yolları tapıldı. Ölkə vətəndaş müharibəsi alovundan, parçalanıb dünya xəritəsindən silinmək təhlükəsindən qurtuldu. Müstəqilliyimiz daimi və dönməz prosesə çevrildi. Uzunmüddətli sarsılmaz sabitlik yaradıldı.

Ümummilli Liderin ölkəmizə rəhbərlik etdiyi 1993-2003-cü illərdə Azərbaycanda elə bir sahə olmadı ki, diqqətdən kənarda qalsın. Xüsusi olaraq qeyd etməliyik ki, Qarabağ məsələsinin həlli Ulu Öndərin fəaliyyətində ən əsas istiqamətlərdən birini təşkil edirdi. Lakin Ümummilli Liderimizin vəfatı onun ən böyük arzusunun reallaşmasına imkan vermədi. 2003-cü ilin oktyabrın 15-də keçirilən prezident seçkilərində namizədliyinin irəli sürülməsinə razılıq vermiş Heydər Əliyev səhhətində yaranmış problemlərlə əlaqədar seçkilərdə iştirak etməkdən imtina etmişdir. Ulu öndər xalqa ünvanladığı müraciətdə qeyd etmişdi ki, “sizləri mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin 1-ci müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”. Ulu öndərin bu müraciətində söylədiyi fikirlərin Azərbaycan cəmiyyətində bu gün real təsdiqini tapması bir daha onun nə qədər uzaqgörən və dahi siyasətçi olduğunun bariz sübutudur.

Cənab Prezident öz nitqində bu barədə danışaraq qeyd etmişdir ki, “Ulu Öndər Heydər Əliyev öz siyasi vəsiyyətində bir şey də demişdir. Artıq bunu dəfələrlə demişəm, Azərbaycan xalqı da bilir ki, başa çatdıra bilmədiyimiz işləri davamçılarımız başa çatdıracaq. Onların arasında yəqin ki, mən belə hesab edirəm, ilk növbədə, Qarabağ probleminin həllini nəzərdə tuturdu. Biz, onun davamçıları bu problemi bütün işlərimizin mərkəzinə qoyduq. Yəni, hər bir addım, hər bir təşəbbüs, hər bir sərmayə, hər bir beynəlxalq təmas bu məqsədi güdürdü ki, bu, bizi müqəddəs hədəfimizə yaxınlaşdırır, yoxsa uzaqlaşdırır?! Ona görə bütün işlərimizin mahiyyəti məhz bu idi - Qarabağı azad etmək, tarixi ədaləti bərpa etmək. Biz bu hədəfə doğru gedirdik. Bizim yolumuz çox çəkdi. Ancaq elə gedib, elə nöqtə vurmalı idik ki, bu, birdəfəlik olsun. Biz avantüraya heç vaxt gedə bilməzdik. Biz səhv addım, yaxud da ki, vaxtsız addım ata bilməzdik. Biz hər şeyi ölçüb-biçib öz gücümüzü, eyni zamanda, digər amilləri nəzərə alaraq ən düzgün vaxt seçməli idik, ən düzgün vaxt üçün ən yaxşı vəziyyətdə olmalı idik. Xalqımız Ordumuzla tam birləşdi. Ona görə biz hamımız deyirik ki, bu, ümumxalq Qələbəsidir. Çünki xalq-iqtidar bir yumruq kimi birləşdi və cəmi 44 gün ərzində biz istədiyimizə nail olduq, tarixi ədaləti bərpa etdik, düşməni torpaqlarımızdan qovduq. 8 noyabr 2020-ci il hamımızın yaddaşında əbədi qalacaq, o cümlədən mənim. O vaxt Ulu Öndərin məzarını ziyarət etdim, ondan sonra şəhidlərin qəbrini ziyarət etdim. Şəhidlər xiyabanında Azərbaycan xalqına Şuşa müjdəsini verdim. Ulu Öndərin məzarı önündə özümə dedim ki, bu vəsiyyət də, bu sonuncu vəsiyyət də yerinə yetirildi”.

Beləliklə Azərbaycan Respublikasının Prezidenti, partiyamızın Sədri İlham Əliyev cənablarının rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində əldə etdiyimiz tarixi zəfərlə Azərbaycan xalqının, Ulu Öndər Heydər Əliyevin ən mürəkkəb və ən çətin, eyni zamanda həm də ən ali məqsədini reallaşdırmış olduq.

Rəşad Rəhmanov
Siyəzən şəhər 2 saylı tam orta məktəbin direktoru

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər