Nazirlik sülhməramlıları təxribatların qarşısını almağa ÇAĞIRDI
Dərc olunub:
25-11-2022, 05:52
Azərbaycan Müdafiə Nazirliyi Rusiya sülhməramlı kontingentinin komandanlığına çağırış edib.
Avrasiya.net xəbər verir ki, bu barədə nazirliyin yaydığı açıqlamada bildirilib.
"Azərbaycan Respublikası ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin komandanlığını müvafiq məlumatlarında ölkəmizin ərazisindəki yaşayış məntəqələrinin adlarını düzgün toponimlərlə ifadə etməyə və qanunsuz erməni hərbi birləşmələrinin ərazilərin minalanması daxil olmaqla, bütün təxribatçı fəaliyyətlərinin ciddi surətdə qarşısının alınmasına çağırırıq", - məlumatda qeyd olunub.