İlham Əliyevə görə qırıcılar havaya qaldırıldı - Foto
Dərc olunub:
24-11-2022, 01:32
Serbiya hakimiyyəti Prezident İlham Əliyevi xüsusi hörmətlə qarşılayıb. Belə ki, Azərbaycan Prezidentinin təyyarəsini müşayiət etmək üçün Serbiya öz qırıcılarını səmaya qaldırıb.
Avrasiya.net xəbər verir ki, bu görüntüləri Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Tvitter hesabında paylaşıb.
Bununla yanaşı, hava limanında İlham Əliyevi serbiyalı həmkarı Aleksandr Vuçiç şəxsən qarşılayıb.
Qeyd edək ki, İlham Əliyevin Serbiyaya rəsmi səfəri başa çatıb. Dövlət başçısını Serbiya Prezidenti özü yola salıb.