"Azərbaycanlılarla Yəhudilərin dostluğu və qardaşlığı minilliklər öncəyə gedib çıxır"
Azərbaycan Respublikası Milli Məclisinin Azərbaycanın İsraildə Səfirliyinin açılması qərarını qəbul etməsi çox sevindirici haldır.
Qardaş Azərbaycan hökumətini və xalqını bu tarixi və əlamətdar qərarın qəbul edilməsi münasibətilə alqışlayırıq. İsrail dövləti Azərbaycanın müstəilliyini tanıyan ilk dövlətlərdəndir və Azərbaycan müstəqilliyini qazandığı gündən məhz İsraillə çox yüksək əlaqələrə malikdir. Bu əlaqələr zamanla qardaşlıq müstəvisinə və müttəfiqliyə yüksəldi. Azərbaycanlılarla Yəhudilərin dostluğu və qardaşlığı minnilliklər öncəyə gedib çıxır.
Əsrlər və yüzillərdir ki‚ Azərbaycan xalqı ilə Yəhudi xalqı arasında sarsılmaz dostluq və qardaşlıq bağları vardır. İsraillə əlaqələrin daha da genişlənməsində və inkişaf etməsində xalqların qardaşlığı böyük rol oynayıb. Bu dostluq və qardaşlıq bağları daha da möhkəmlənməli və dərinləşməlidir.
İsraildə Azərbycanın Səfirliyinin açılması hər iki ölkə‚ dövlət və hər iki xalq üçün uğurlu və düşərli olacaq və münasibətlərin daha da dərinləşməsinə təkan verəcək. Bu‚ hər iki ölkənin siyasi‚ strateji və təhlükəsizlik maraqlarına xidmət edəcək.
İsrail Təhlükəsizlik Akademiyasının
Azərbaycan Respublikasındakı
Nümayəndəliyi