Sizin Reklam Burada

"Tarixən İran Azərbaycana qarşı düşmən mövqedə olub"

"Tarixən İran Azərbaycana qarşı düşmən mövqedə olub""İranın başlıca istəyi hər zaman Azərbaycana zərbə vurmaq, onun güclənməsi, qüdrətli bir dövlətə çevrilməsinə əngəl yaratmaq olub".

Avrasiya.net xəbər verir ki, bunu Milli İnkişaf İctimai Birliyinin sədri, professor Arzuman Muradlı deyib.

Onun fikrincə, Tehranın bu siyasəti bu günün, yaxud yaxın bir neçə ilin proseslərinə bağlı deyil:

"Tarixən İran Azərbaycana qarşı düşmən mövqedə olub və bu düşmənçiliyin 100 illərlə tarixi var. Tarixi Türkmənçay müqaviləsi bunun əyani sübutudur. Eyni zamanda Azərbaycan Xalq Cümhuriyyəti yaranan zaman da İran bu prosesi çox qısqanclıqla qarşılayıb və bir müddət Cümhuriyyətin varlığını qəbul etmək istəməyib. 1918-ci ilin iyul ayında Azərbaycanın Türkiyədəki nümayəndəsi İstanbuldakı İran konsulluğuna müraciət edərək müstəqil Azərbaycan dövlətinin yarandığını bildirsə də, lakin İran konsulluğu bunun cavabında Azərbaycanın İranın tərkib hissəsi olduğunu iddia edib. Həmçinin, Azərbaycan adlı müstəqil dövləti tanımadığını bildirib".

Arzuman Muradlı bildirib ki, müstəqillik illərindən sonra da İran Azərbaycana qarşı münasibətdə səmimi olmayıb, bizimlə normal qonşuluq əlaqələri etməyib: "İran hər zaman çalışıb ki, Azərbaycana zərbə vursun, onu hansısa üsuldan istifadə edərək zəiflətsin. Birinci Qarabağ müharibəsində, eləcə də ondan sonrakı dövrdə Ermənistana hər cür dəstək verməyin də arxasında məhz bu amil, Azərbaycanı zəiflətmək marağı dayanırdı".

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər