Sizin Reklam Burada

"İran öz taleyini yaşayır, bu yaşamı da özü seçib"

"İran öz taleyini yaşayır, bu yaşamı da özü seçib"“İran Parlamentinin spikeri Məhəmməd-Baqir Qalibaf Azərbaycana gəlməkdən imtina edib. Əslində, bu səfər gərəksiz və lazımsız bir protokol ola bilərdi. Yaxşı ki, son anda fikrlərini dəyişib və əbədi dostlarının yanına - Ermənistana getmək haqqında qərar veriblər”.

Avrasiya.net xəbər verir ki, bunu “Cümhuriyət” qəzetinin baş redaktoru, siyasi ekspert Rəfail Becanov deyib.

“Səfərin Azərbaycanın marağında olmamasının məlum olduğunu bildirən Becanov qeyd edib ki, səfərlə bağlı məlumatı da Azərbaycan yox, İran tərəfi yaymışdı:

“Ləğv olunan səfər haqqında xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan həmkarı Ceyhun Bayramovla telefon danışığında bildirmişdi.

Bəs nə oldu ki, iranlı spikerin səfərini qəfildən, xəbərsiz-ətərsiz ləğv edib, Azərbaycanı Ermənistanla əvəzlədilər? Manevr, yoxsa mövqedir?

İran dediyimiz ölkənin, onun rəhbərliyinin dəyişməyən, əbədi mövqeyi budur. Bu bir İran rəsmisinin şəxsi istəyi, arzusu və ya kefindən doğan nəsnə deyil. Bu, İranın, onun ali rəhbərliyinin gerçəkliyidir, əsl simasıdır. Onlar Ermənistan və Azərbaycana münasibətdə hər zaman Ermənistanın yanında olublar. 1990-cı illərdə də, 44 günlük müharibə zamanı da, bu gün də. Bu addımla tarixən Azərbaycana qarşı təhrik etdikləri Ermənistanla olduqlarını bir daha aşkar göstərdilər”.

Baş redaktor Güney Azərbaycanın molla rejiminin anti-Azərbaycan reaksiyasına diqqət çəkib:

“40 milyonluq güneyli soydaşlarımız İranın bu hərəkətlərini görmürmü? Təbii ki, görür də, bilir də, cəzasını verəcək də.

İranın bu addımına təəccüblənməyə dəyməz. İran tərəfi gizli-aşkar silah-sursatla təmin etdiyi Ermənistana “30 il “Allahın evi” dediyimiz məscidlərdə niyə donuz saxlamısan” sualını versəydi, təəccüblənərdik.

İran öz taleyini yaşayır, bu yaşamı da özü seçib. Ermənistanla iç-içə, qol-qola siyasi arenada addımlayır. O Ermənistanla ki, Azərbaycan tərəfindən 44 günə məğlub edildi. Mifləşdirilən “məğlubedilməz ordusu” ən azı bundan sonra 44 il özünə gəlməyəcək.

İranda da onun rejiminə öz yerini göstərəck 40 milyonluq bir xalq var - azərbaycanlılar. Rejim onların nəfəsini hiss edəcək, zaman yetişir”.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər