Partiya sədrləri psixoloji yoxlamadan keçirilməlidir - TƏKLİF
“Tarix boyu liderlərin psixoloji problemlərinin olduğunu görmüşük. Ona görə də təklif edirəm ki, yeni yaradılan partiyaların sədrləri psixoloji yoxlamadan keçsin”.
Avrasiya.net xəbər verir ki, bunu “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinə dair dinləmələrdə Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadə bildirib.
“Mənim fikrimcə, partiya sədrləri yoxlamadan, müayinədən keçirilməlidir. Bunun səbəbi sonradan fəlakətlərlə üzləşməməyimizdir. Bununla bağlı maddə qanunda da öz əksini tapsa, yaxşı olar”,- deputat vurğulayıb.
Qeyd edək ki, Milli Məclisdə “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin ikinci ictimai müzakirəsi keçirilir. Müzakirələrdə parlamentdə təmsil olunan və parlamentdən kənar siyasi partiyaların nümayəndələri iştirak edir.