Partiyalarda təsisçi sayı 200 nəfər olsun! - Deputat
Dərc olunub:
4-11-2022, 12:53
“Siyasi partiyalarda 200 nəfər təsisçinin olması çox vacibdir”.
Avrasiya.net xəbər verir ki, bunu deputat Hikmət Babaoğlu "Siyasi partiyalar haqqında" yeni qanun layihəsi ilə bağlı Milli Məclisdə keçirilən ikinci ictimai dinləmədə deyib.
“Partiya respublikanın bütün bölgələrini əhatə etməlidir. Yəni, bir nəfər siyasi sistemi məhəllələşdirməsin. Siyasi sistem ümumidir və ümumi çətir altında olmalıdır”.
Qeyd edək ki, Milli Məclisdə “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin ikinci ictimai müzakirəsi keçirilir. Müzakirələrdə parlamentdə təmsil olunan və parlamentdən kənar siyasi partiyaların nümayəndələri iştirak edir.