Sizin Reklam Burada

"Ermənistan seçim qarşısında qalıb"

"Ermənistan seçim qarşısında qalıb"Oktyabrın 31-də Rusiya Federasiyasının Soçi şəhərində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə görüşü olub. İndiyədək keçirilmiş bütün görüşlər, gündəliyə çıxarılmış məsələlər və müzakirələr göstərir ki, Azərbaycan öz prinsipial mövqeyini postmüharibə dövründə də qoruyub saxlamaqdadır.

Soçidə keçirilən üçtərəfli görüş bunu bir daha təsdiqlədi. Keçirilən görüşdə əsas diqqət Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına yönəlmişdi. Dövlətlərin ərazi bütövlüyünü nəzərə almaq, bir-birlərinin suverenliyini tanımaqla sülh müqaviləsinin imzalanması istiqamətində Soçi görüşü xüsusi əhəmiyyət kəsb edirdi. Qeyd etməliyik ki, görüşdən əvvəl Xankəndi şəhərində separatçıların təşkil etdiyi mitinqdə sülh müqaviləsinin imzalanması prinsiplərinə zidd olan şüarlar səsləndirilməsi əslində iki dövlət arasında münasibətlərin normallaşmasına əngəl yaratmaq niyyəti daşıyırdı. Lakin prosesi ləngitmək və sarsıtmağa yönəlik bütün bu cəhdlər son nəticədə uğursuzluğa düçar oldu. Qarşıda iki dövlət arasında sülh müqaviləsinin imzalanması istiqamətində mühüm vəzifələr durur. Sülh müqaviləsinin imzalanması üçün isə Azərbaycanın irəli sürdüyü 5 prinsip bütün tərəflər üçün tam aydındır.

Qeyd etməliyik ki, son dövrlər bir sıra dövlətlər Ermənistanı sülh müqaviləsindən çəkindirməyə çalışır. Soçidə keçirilmiş görüş hərbi proseslərdən sonra tərəflərin mövqeyini bir daha nümayiş etdirdi. Ermənistan çalışır ki, istənilən vasitəçinin arxasına sığınsın və bu vasitəçinin arxasından Azərbaycanla müzakirə aparsın. Biz Avropa Şurasının vasitəçiliyi ilə keçirilmiş digər görüşlərdə də bu mənzərənin şahidi olmuşuq. Ermənistandan fərqli olaraq isə rəsmi Bakı açıq formada birbaşa danışıq və müzakirələrə hazır olduğunu hər zaman bütün platformalarda bildirməkdədir.

Xüsusi olaraq qeyd etməliyik ki, iki dövlət arasında birbaşa dialoq olmadan hər hansı konstruktiv işdən söhbət gedə bilməz. Bu dəfəki görüşdə də dövlətimizin başçısı tutduğu mövqe ilə bir daha özünü qalib ölkənin rəhbəri kimi apardı. Cənab Prezident Ermənistanın hələ də münaqişənin davam etməsi ilə bağlı uydurma fikirlərini dərhal rədd edərək bir daha vurğuladı ki, Qarabağ münaqişəsi artıq bitib və Qarabağın statusu ilə bağlı məsələlər müzakirə predmeti ola bilməz. Qarabağda yaşayan erməni əhalisinə gəldikdə isə ölkə başçımız qeyd etdi ki, bu məsələ Azərbaycanın daxili işidir və heç bir üçüncü dövlət bu məsələ ilə bağlı bizə müdaxilə edə bilməz.

Cənubi Qafqazda sülh və təhlükəsizliyin qorunmasında Azərbaycanın mövqeyi bəllidir. Ermənistan isə bizdən fərqli olaraq seçim qarşısında qalıb. Hazırda Ermənistan Qərbin təklifləri və Rusiyanın iştirakı ilə imzalanmış sənədin arasında qalıb. Azərbaycan Prezidenti isə açıq şəkildə bildirib ki, Qarabağ məsələsi 2 il əvvəl həll olunub və burada praktiki olaraq müzakirə aparacaq heç nə yoxdur. Bu görüş bir daha Azərbaycan Prezidenti İlham Əliyev cənablarının yürütdüyü siyasətin nə qədər qətiyyətli olduğunu göstərdi. Bu qətiyyət özünü görüş sonrası imzalanmış sənəddə də nümayiş etdirmiş oldu. Belə ki, imzalanmış sənəddə Qarabağ sözünün olmaması Azərbaycan dövlətinin və onun rəhbərinin düzgün siyasətinin nəticəsidir. Sevindirici və qürurverici haldır ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının “Nəyi necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm" sözləri bu gün reallığa çevrilir.

Samir Baxşiyev
YAP Siyəzən rayon təşkilatının sədri

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər