İsraildə tezliklə səfirlik açmalıyıq - Parlamentdə müzakirə
Dərc olunub:
3-11-2022, 13:54
“Azərbaycan İsraildə səfirliyini yaxın zamanda açmalıdır”.
Avrasiya.net xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında çıxış edən deputat Asim Mollazadə bildirib.
O, həmçinin vurğulayıb ki, Azərbaycan xaricdəki diplomatik nümayəndəliklərin təhlükəsizliyini təmin etmək üçün bu sahəyə ayrılan vəsaiti daha da artırmalıdır.
"Biz əvvəlcə bir neçə ölkədə səfirlikləri bağlamaq məcburiyyətində olduq. Amma indi digər ölkələrdə diplomatik nümayəndəlikləri bərpa etməliyik, bunlardan biri də İsraildir. Bunun üçün büdcədən vəsait ayrılmaldır. Bu, iki ölkə arasında əlaqələrin daha da inkişafına şərait yaradacaq”, - deyə deputat qeyd edib.