Sizin Reklam Burada

"Azərbaycan İran üçün Suriya, İraq və ya Livan deyil"

"Azərbaycan İran üçün Suriya, İraq və ya Livan deyil"İran səfirliyi doğrudan da təxribatla məşğuldur. Əvvəllər özünü bizə formal da olsa dost kimi göstərən İran İslam Respublikası artıq hal-hazırda hətta üzdə dost gimi davranmağa da ehtiyac duymur. Bu ölkə Azərbaycana qarşı açıq-aşkar düşmənçilik siyasəti yürüdür. Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İranın xüsusi xidmət orqanlarına işləyən Azərbaycan vətəndaşları ilə bağlı əməliyyat keçirərək İran xüsusi xidmət orqanının nəzarəti altında yaradılmış qanunsuz silahlı birləşməni ifşa etməsi də İranın bizə qarşı düşmənçiliyinin miqyasını göstərir.

DTX-nin yaydığı rəsmi məlumatda İranın Azərbaycandakı səfirliyinin adının keçməsi isə İranın iç üzünü açıb ortaya qoyur. Səfirlik hara, təxribatla məşğul olmaq hara? Səfirlik maşını nə vaxtdan iki ölkənin sərhəddindən qanunsuz yüklərin daşınması üçün vasitə olub? İran səfirliyinə məxsus avtomaşınla bizim ölkəmizə bizim milli maraqlarımıza zidd olan təbliğat-təşviqat vasitələrinin daşınması fars-molla rejiminin xalqımıza qarşı, ölkəmizə qarşı necə dərin nifrət bəsləməsinin göstəricisidir.

Bu rejim artıq hətta diplomatik qalmaqal yaşanacağından da çəkinmir. İranın hakim rejimi Ermənistanı himayə etmək və Azərbaycanın mövqelərinin zəiflədilməsi üçün hər cürə məkrli vasitələrə əl atır. DTX-nin son əməliyyatı İranın istər dini-mənəvi sahədə, istərsə də digər istiqamətlər üzrə həmişə ölkəmizə qarşı təxribat işləri apardığını bir daha təsdiqləyir. Lakin İranın bu cür məsuliyyətsiz, destruktiv davranışlarına son verməyin vaxtı artıq gəlib çatıb. Biz təhlükəsizlik orqanlarımızın bu istiqamətdə fəaliyyətlərini təqdir edirik. İranın ölkəmizdə pozuculuq-təxribat işləri ilə məşğul olan əlaltılarına qarşı mübarizə bundan sonra daha da genişlənəcək.

Azərbaycan İran üçün Suriya, İraq və ya Livan deyil. Cənub qonşumuzun Azərbaycana qarşı təxribatçı siyasəti sonda bumeranq kimi İranın özünə qarşı qayıda bilər. İşğalçı Ermənistanın baş nazirini "bismillah"la qarşılayan mollalar yaxşı olar ki, odla oynamasınlar!

Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər