Sizin Reklam Burada

Böyük qayıdış strategiyası

Böyük qayıdış strategiyasıAzərbaycan tarixinə qızıl hərflərlə yazılmış 2020-ci ilin 27 sentyabrında başlanan və 44 gün davam edən Vətən müharibəsi nəticəsində Azərbaycan xalqı öz dövlət başçısı və ordusu ətrafında sıx birləşərək parlaq qələbənin qazanılmasında önəmli rol oynamış oldu. Müharibənin ilk günlərindən cənab Prezidentin diplomatik peşəkarlığı və müdrikliyi xaricdən ölkəmizə qarşı yönəlmiş bütün cəhdlərin qarşısının qətiyyətlə alınması ilə nəticələndi. 30 ilə yaxın müddət ərzində möhkəmləndirilmiş və “keçilməz” adlanan müdafiə xətti qəhrəman ordumuz tərəfindən yarılaraq düşmənin canlı qüvvələri və zirehli texnikası məhv edilmiş oldu. Döyüş meydanında qazanılmış zəfər nəticəsində qısa vaxt ərzində işğal altındakı torpaqlarımız düşməndən azad edildi.

Darmadağın olan Ermənistan 2020-ci il noyabr ayının 10-da kapitilyasiya aktını imzalamağa məcbur edildi. Tariximizə Zəfər Günü kimi daxil olmuş bu əlamətdar hadisədən sonra işğal altındakı torpaqlarımız işğaldan azad edilməklə Azərbaycanın ərazi bütövlüyü bərpa edildi. Bu eyni zamanda tərəfimizdən beynəlxalq hüququn və ədalətin bərpa edilməsi idi. Həmin gün müasir Azərbaycan tarixinin ən şərəfli günü kimi yaddaşlara yazıldı.

Azərbaycanın əldə etdiyi qələbə təkcə özünün deyil, eyni zamanda bütün türk və islam dünyasının qələbəsi idi. Əldə edilmiş zəfər erməni faşizminin qarşısının birdəfəlik alınması və regionda sülh və təhlükəsizliyin qorunması istiqamətində olduqca önəmlidir.

Qeyd etməliyik ki, Azərbaycan dövləti əldə etdiyi qələbə ilə vəzifəsini bitmiş hesab etmir. Ölkəmizin qarşısında hazırda daha mühüm vəzifələr, işğaldan azad edilmiş ərazilərimizin bərpası və soydaşlarımızın öz yurdlarına qayıtmasını nəzərdə tutan Böyük Qayıdış strategiyasının icrası durur. Böyük qələbədən ötən 2 il müddətində bu istiqamətdə çox böyük işlər görülməkdədir. “Böyük Qayıdış” strategiyası vətəndaşlarımızın işğaldan azad edilmiş ərazilərdə dayanıqlı məskunlaşmasını və həmin ərazilərin ölkənin iqtisadi sisteminə inteqrasiyasını nəzərdə tutur.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin birbaşa nəzarəti altında işğaldan azad edilmiş torpaqlarda vahid konsepsiya və plan əsasında bərpa-quruculuq işlərinə başlanılıb. Dövlətimizin başçısı çıxışlarında dəfələrlə Qarabağın bərpası məsələsinə toxunarkən bu işə müharibə dövründə, habelə savaşdan sonrakı mərhələdə Azərbaycanı fəal dəstəkləyən qardaş və dost ölkələrin cəlb edilməsinin diqqətdə saxlanacağını bildirib. Bunun bariz nümunəsi olaraq bir müddətdir ki, bir sıra dost ölkələrin şirkətləri ilə ölkəmizin özəl qurumları tərəfindən bir sıra layihələrin birgə həyata keçirilməsi prosesinə başlanılıb. Bu gün bərpa prosesində qardaş Türkiyə şirkətlərinin fəaliyyəti daha çox diqqət çəkir.

Hazırda işğaldan azad edilmiş ərazilərimizdə irimiqyaslı layihələr icra edilməkdədir. Mənfur düşmənimiz tərəfindən basdırılmış minalar təmizlənir, tikinti, quruculuq və abadlıq işləri aparılmaqdadır. Ən müasir tələblərə cavab verən nəqliyyat yolları, körpülər, tunellər, hava limanları, yaşayış binaları inşa edilir və qaz, su, işıq təminatı ilə bağlı işlər görülür. Görülmüş genişmiqyaslı işlər bizə deməyə əsas verir ki, artıq erməni vandalizminə məruz qalmış torpaqlarımıza həyat yenidən qayıdır. İnanırıq ki, tezliklə qaçqın və məcburi köçkünlərimizin hamısı öz doğma yurdlarına qovuşacaq və “Böyük qayıdış” reallığa çevriləcəkdir.

Samir Baxşiyev
YAP Siyəzən rayon təşkilatının sədr
i

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər