“ATƏT-in missiyasına ehtiyac yoxdur”
Oktyabrın 21-27-də ATƏT Ermənistan hökumətinin dəvəti ilə bu ölkəyə ehtiyacların qiymətləndirilməsi qrupunu göndərəcək. ATƏT-in missiya göndərməsi absurd addım olduğundan, bu, Azərbaycan ictimaiyyətində birmənalı qarşılanmayıb. Çünki bunun Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasına xidmət etmədiyi gün kimi aydındır. Azərbaycan ictimaiyyətinin haqlı olaraq bu sual yaranıb: Əgər Avropa İttifqaı (Aİ) regiona missiya göndərirsə, ATƏT-ə nə ehtiyac var?
Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev “Xalq Cəbhəsi”nə deyib ki, bu missiya yalnız Ermənistanın maraq dairəsindədir: “ATƏT bu vaxtadək Qarabağ münaqişəsinin həllində heç bir müsbət addım atmayıb. Ermənistan hakimiyyəti Azərbaycanla sərhədə müşahidəçi göndərmək üçün ATƏT-ə müraciət edib. Vaxtilə ATƏT-in faktaraşdırıc müssiayası işğal olunan torpaqlarımızda olublar, vandallığı gözləri ilə görüblər, onun da şahidi olublar ki, Ermənistan bizim torpaqlarda necə süni məskunlaşmaya yol verib. Nəticəsi nə oldu? Missiya üzvləru turist kimi gəlib, turist kimi də getdilər. Heç bir ölçü götürmədilər. Ümumiyyətlə, bu təşkilatın Azərbaycan-Ermənistan münaqişəsinin həllində heç bir rolu olmayıb və olmayacaq da. Bir də hazırda 40 müşahidəçinin daxil olduğu Avropa İttifaqının mülki missiyası bölgəyə göndərilir. ATƏT-ə nə ehtiyac var?”