Sizin Reklam Burada

Dini liderləri İlham Əliyevi təbrik etdi

Dini liderləri İlham Əliyevi təbrik etdiTürk Dövlətləri Təşkilatına üzv ölkələrin müsəlman dini liderləri Prezident İlham Əliyevi təbrik edib.

Report xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Türk Dövlətləri Təşkilatına üzv ölkələrin müsəlman dini liderlərinin Şuşada keçirilən 3-cü görüşündə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, qalibiyyətli Vətən müharibəsi müstəqilliyimizin təntənəsinin təcəssümü oldu:

“Azərbaycan Ordusunun gücünə, Azərbaycan xalqının sarsılmaz həmrəylik və iradəsinə, dövlət-xalq birliyinə güvənən müzəffər sərkərdə, Ali Baş Komandanının dünya miqyasında apardığı fəal, inamlı, dərin zəka və dəmir məntiqə əsaslanan siyasət Azərbaycanın haqq işinin davamlı qələbəsini təmin etdi. Uca Yaradanın köməyi, dövlət rəhbərimizin qətiyyəti, ordumuzun hünəri ilə Azərbaycanın dövlət bayrağı azad Qarabağda dalğalandı, məscidlərin minarələrindən Azan səsləri ucaldı, müqəddəs məbədlərimiz əsarətdən qurtuldu.

Azərbaycan Vətən müharibəsindəki Zəfərinin ikinci ildönümü ərəfəsindədir. Azərbaycan xalqının haqq mübarizəsinin qalibiyyət dastanını dünya tarixi səhifələrinə həkk etmiş, Azərbaycanı dünya çapında qalib ölkə, Azərbaycan xalqını zəfər çalmış xalq yüksəkliyinə qaldırmış, Qarabağ Zəfərinin müəllifi olan Zati-aliləri İlham Əliyev cənablarını biz, dini liderlər Türk Dövlətləri Təşkilatının iki yüz milyon müsəlmanı adından böyük qürur hissi ilə bu gün Şuşadan təbrik edir, bütün türk dünyası adına qazanılmış Zəfərə görə dərin təşəkkürlərimizi birgə ifadə edirik. Zəfərimiz mübarək! Uca Allah Azərbaycan Prezidentini hər zaman müzəffər qərar versin, yeni Zəfərlər nəsib etsin!”

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər