Qaiser Navab Azərbaycan xalqını təbrik edib
Pakistan Gəncləri və Pakistan-Azərbaycan Məzunları Assosiasiyası (PAAA) adından qardaş Azərbaycan xalqını və hökumətini müstəqilliyinin bərpasının 31-ci ildönümü münasibətilə ürəkdən təbrik edirəm.
Bunu Avrasiya.net-ə Pakistan-Azərbaycan Məzunları Assosiasiyasının təsisçisi prezidenti Qaiser Navab bildirib
Azərbaycan Ali Soveti 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktını qəbul edib.
"Biz Azərbaycan ilə Pakistan arasında əlaqələrin hərtərəfli inkişafına böyük əhəmiyyət veririk. Sevindirici haldır ki, möhkəm təmələ əsaslanan, siyasi, hərbi, gənclər, tarix, mədəniyyət və digər sahələrdə səmərəli əməkdaşlığa əsaslanan qardaşlıq münasibətlərimiz ölkələrimizin və xalqlarımızın mənafelərinə xidmət edir. Azərbaycan ilə Pakistan arasındakı münasibətlərdə mövcud potensialdan daha da səmərəli istifadə etmək üçün birgə səylərimizi davam etdirəcəyimizə, qardaşlıq, qarşılıqlı etimad və dəstək prinsipləri əsasında davamlı əməkdaşlıq edəcəyimizə əminliyimizi bildiririk.
Qardaş Azərbaycan xalqına davamlı inkişaf, əmin-amanlıq və firavanlıq arzulayırıq.
Yaşasın Pakistan-Azərbaycan qardaşlığı!"