Sizin Reklam Burada

Sərgüzəşti Makronlu Fransa

Sərgüzəşti Makronlu FransaFransa prezidenti Emmanuel Makronun sərgüzəştləri məni artıq təəccübləndirmir. Görəsən, fransız xalqı gerçəkdən kimi prezident seçdiyinin fəqrindədirmi? Onun siyasi fəaliyyətini, dövlət başçısı kimi davranışlarını təhlil etdikdə, bu qənaətə gəlmək olar ki, Emmanuel Makron fransız seçicisindən daha çox erməni prezidenti kimi tozanaq qoparır. Amma bu tozanaqlar Fransanınn papağını möhkəm yerə soxub.

Onun sözlərinə görə, Ermənistanda istər revanşist qüvvə olsun, istərsə də qeyri revanşist və yaxud liberal düşüncəli olsun bunların Azərbaycana və türk dünyasına qarşı mövqeyi çox vaxt eyni olur. Təəssüf ki, bütün bunlar erməni xəstəliyinin metastaz vermiş formasını xatırladır. Baxırsan ki, Makronda da belə simtomlar var.

Məsələ ondadır ki, Fransa prezidentinin bu mövqeyi, Azərbaycanla bağlı qərəzli və siyasi etikadan uzaq müsahibəsi Ermənistan hakimiyyətinin maraqlarına xidmət edir. Çünki Ermənistanın baş naziri Nikol Paşinyanın davranışları, siyasi fəaliyyəti Azərbaycanla imzalanacaq sülh müqaviləsinin gecikdirilməsinə istiqamətlənib. Zavallı Paşinyan güman edir ki, dünyada proseslər dəyişər, Rusiya regionda zəifləyər, Fransanın mövqeyi Cənubi Qafqazda möhkəmlənər, bu da ermənilər üçün faydalı olar.

Məhz belə yanaşmalar Avropa Birliyinin səyi nəticəsində Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh müqaviləsinə kölgə salır. Digər tərəfdən Makronun qərəzli davranışı bölgəmizdə Fransanın mənfi imicinin formalaşmasını sürətləndirir. Belə imiclə, itirilmiş nüfuzla Fransa regiona hansı üzlə gələ bilər?
Fransanın praqmatik siyasi elitası, iqtisadi analitikləri cənab Makronun Cənubi Qafqazla bağlı sürüşkən mövqeyi ilə çətinki razılaşsın. Bu gün dünyanın bir çox dövlətlərinin o cümlədən Fransanın bizim regionumuzda çox böyük iqtisadi maraqları var. Əslində bu maraqların bütün tərəfləri razı salacaq mexanizmləri yetərincədir. Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi imzalandıqdan sonra sabitlik yarandıqca nəhəng xarici şirkətlərin Cənubi Qafqazda qeyri neft sektoruna böyük sərmayələr yatıracağı şübhəsizdir. Məhz belə məqamda Fransa prezidenti Makron sərgüzəştlərini davam etdirir və Ermənistanda revanşist qüvvələri ruhlandırır.
Digər bir diqqət çəkən məqam ondan ibarətdir ki, zavallı Emmanuel Makronun öz ölkəsində də nüfuzu bərbaddır. Dəfərlərlə nümayiş olunan video görüntülər təsdiqləyir ki, istər seçki qabağı kampaniyasında, istərsə də sonrakı dönəmlərdə sadə fransız vətəndaşları tərəfindən görüşlər zamanı hətta şillələnən, yumurta atəşinə tutulan Makrona qarşı neqativ münasibət ortadadır. Avropa məkanında əhali arasında bu dərəcədə neqativlərə köklənmiş dövlət başçısı hələki yoxdur. Bəlkə fransız xalqı tövbə edib növbəti dəfə belə şəxsləri prezident seçməz. Axı tövbənin qapısı hər zaman açıq olur.
Nəhayət prezident Makronun siyasi etikadan kənar davranışları, Fransanın strateji maraqlarına zərbə vuracaq hərəkətləri adıçəkilən ölkənin praqmatik siyasi elitası tərəfindən etirazla qarşılanır. Şübhəsiz ki, Fransada da siyasi prosesləri düzgün dəyərləndirən, dövlət maraqlarını erməni lobbisinin məkrli planlarından üstün tutan qüvvələr var.
Yekunda onu qeyd etmək istərdim ki, biz Azərbaycan dövləti, ictimaiyyəti, vətəndaşı olaraq hədəflərimizi makronların, paşinyanların və digələrinin çıxışlarına, davaranışlarına görə deyil, milli və strateji maraqlarımıza uyğun müəyyən etməliyik. Bu strateji hədəflərdə dövlətin, ordunun güclü olması ilə bərabər əhalinin sosial rifahının yüksəlməsi dayanmalıdır.

Əkrəm Bəydəmirli

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər