Sizin Reklam Burada

Əcdadlarımızın vəsiyyəti

Əcdadlarımızın vəsiyyətiGözümüzün önündə, bəlkə də gələcək yüzillərin yol xəritəsinin cizgilərini müəyyənləşdirən, təməlini atan, yölünü çəkən, körpülərini salan tarix yazılır... Sürətlə cərəyan edən hadisələrin içərisində yer almışıq deyə, bir çox hallarda baş verənlərə kənardan nəzər sala, yazılan tarixin hər sözünün, hər cümləsinin... böyüklüyünü görə bilmirik. Bu tarix əcdadlarımızın “göylərin sahibi” adlandırdıqları Xan Tanrı dağı qədər uca və müqəddəsdir. Bu tarix əcdadlarımızın vəsiyyətidir!

...Son 1 il ərzində Azərbaycan Prezidentinin qardaş türk dövlətlərinin liderləriylə keçirdikləri görüşlərdə, qarşılıqlı əlaqələrin strateji müttəfiqlik müstəvisində yüksəldilməsi və digər mühüm sənədlərin imzalanmasından sonra verilən bəyanatlarda bəzən bir, bəzən isə bir neçə dəfə təkrarlanan “Əcdadlarımızın vəsiyyəti” deyimi, sanki Türk Dünyasının çağdaş birliyi üçün leytmotiv xarakter daşıyır.

Eyni deyim Azərbaycan Prezidentinin Qırğızıstana dövlət səfəri çərçivəsində keçirilən görüşlərdə, açılış mərasimlərində də səsləndirildi və Azərbaycan-Qırğızıstan münasibətlərinin inkişafının “Əcdadlarımızın vəsiyyəti” olduğu bildirildi. Əcdadlarımızın vəsiyyəti isə təkcə dövlətlərimizin başçıları üçün deyil, bütövlükdə hər birimiz üçün istinad mənbəyi, söykəncək olmalıdır. Atalarımız, əcdadlarımız isə bizə bir olmağı, iri olmağı, diri olmağı vəsiyyət ediblər.
Atalarımızın bütün Türk Dünyasında, o cümlədən Azərbaycanda da dillər əzbəri olan Bilgə Xaqan kitabəsində yer alan vəsiyyətində, həm də bugünümüzə bir çağırış var: “Ey türk oğuz bəyləri, türk xalqı, eşidin! Üstdən göy çökmədikcə, altdan yer dəlinmədikcə türk ulusunu, türk yurdunu, türk dövlətini, türk törəsini kim dağıda bilər?! Su kimi axıtdığın qanına, dağlar kimi yığdığın sümüyünə (şəhidlərinə) layiq ol! Ey ölümsüz türk milləti, titrə və özünə dön!”
Bəli, bir olduqca, ulusumuz da, yurdumuz da, törəmiz də var olacaq. Birliyimizin kökləri isə tariximizdə, əcdadlarımızın vəsiyyətindədir. Tarix boyu məğlubiyyətlərimizin səbəbi öz tarixi köklərimizdən uzaq düşməyimizdə, zəfərlərimizin sirri isə özümüzə qayıtmağımızda olub.
Təxminən 1300 il öncə Bilgə Xaqanın ayrı-ayrı xaqların təsiri altına düşərək parçalanan, bölünən türk ulusuna etdiyi vəsiyyət bizə tarixin dərslərindən nəticə çıxarmağı tövsiyyə edir.

Şübhə etmirəm ki, Prezident İlham Əliyev qardaş Qırğızıstana səfəri çərçivəsində müstəqil inkişafımızın və birliyimizin yol xəritəsi haqqında danışanda, məhz tarixin yüz illərin arxasından boy verən həqiqətlərinə işarə edirdi...

Sitat: “Biz daim müstəqillik və milli ləyaqət yolu ilə getməkdən ötrü öz köklərimizə yaxın olmalı, öz ənənələrimizə, əcdadlarımızın vəsiyyətlərinə söykənməli və xalqlarımızın nadir mədəniyyətini qoruyub saxlamalıyıq”.

Azərbaycan Prezidentinin yuxarıda iqtibas gətirdiyim fikirlərindən söz və ifadə seçmələri etməklə, dəyərli oxucuların diqqətini müstəqil inkişafımızın və birgə gələcəyimizin təməlini təşkil edən ən mühüm amillərə yönəltmək istəyirəm.

“Müstəqillik”, “milli ləyaqət yolu”, “köklərimizə yaxın olmaq”, “ənənələrimizə, əcdadlarımızın vəsiyyətinə söykənmək”, “xalqlarımızın nadir mədəniyyətini qotuyub saxlamaq”... Təsəvvür edin, bütün bu söz və ifadələri yuxarıda misal gətirdiyim cümlədən çıxarırıq... Yerdə nə qalır? Heç nə! Çünki bu söz və ifadələr gerçək müstəqilliyin, hər kəsin sənə sayğıyla yanaşmaq və səninlə hesablaşmaq məcburiyyətində qaldığı milli ləyaqət yolunun, milli qürurun, şərəflə yaşamağın, öz tarixinə, mədəniyyətinə və gələcəyinə sahib çıxmağının vahid düsturunu təşkil edən yüksək və həqiqi anlayışlardır. Milli ləyaqət yolu ilə getməyənlərin müstəqilliyi isə ən yaxşı halda rəmzi xarakter daşıya bilər. Tarixi köklərimizə bağlılıq milli identikliyimizi, dəyərlərimizi qorumaqla yanaşı, bizi birləşdirən və qürursuzlar qarşısında təklənməyə qoymayan yeganə vasitədir.

Azərbaycan torpaqlarının işğal altında olduğu 30 ilə yaxın zaman kəsiyi də sübuta yetirdi ki, imperiya ambisiyalarını saxta nəzəriyyələr və gəlişigözəl anlayışlarla pərdələyənlərin niyyəti bizi fərdlərə bölməklə assimilyasiyaya uğratmaqdan, bir xalq və türk etnosu olaraq Yer üzərindən silməkdən, torpaqlarımıza, mədəniyyətimizə sahiblənməkdən ibarətdir. Bu axına qarşı dayanmağın yolu isə ortaq kökə, dilə, tarixə, mədəniyyətə sahib olan xalqların birliyindən keçir! Son 200 il ərzində parçalanmalara, işğala, zülmə və saysız-hesabsız məhrumiyyətlərə məruz qalan Türk xalqlarının gələcəyi, istisnasız olaraq, bu həqiqəti alternativi olmayan reallıq kimi qəbul etməkdən ibarətdir. Və türk etnosunun öz liderlərinə münasibətdə dəyərləndirmələri də, məhz bu müstəvidə olmalıdır.

Bu xüsusda, Prezident İlham Əliyevin Qırğızıstanın dövlət başçısı ilə bağlı fikirlərinin, mahiyyət etibarilə daxilində çox ciddi mesajlar daşıdığı qənaətindəyəm.

Sitat: “Mən Qırğızıstan Prezidentinin Qırğız cəmiyyətinin hara gedəcəyi – sülhə, təhlükəsizliyə, milli köklərə, ortaq türk köklərinə bağlılıq barədə dəqiq anlayışı olduğunu gördüm. Bütün bunlar Azərbaycanda böyük hörmətlə qarşılanır...”

Zənnimcə, əlavə şərhə ehtiyac yoxdur...

...Azərbaycan Türk Dünyasının birliyi üçün, indi, sadəcə ideoloji mərkəz olaraq, tarixi missiyasını yerinə yetirmir, həm də bu birliyin bütün istiqamətlərdə möhkəm təməllər üzərindən inkişafı naminə əsl fədakarlıq nümunəsi göstərir və bunun nəticəsi olaraq, Prezident İlham Əliyevin vurğuladığı kimi, “Bu gün Türk dünyası yeni potensial əldə edir”, birgə, təhlükəsiz, firavan və işıqlı gələcəyə yol çəkir. Tanrı dağlarından Qafqaza qədər uzanan MİLLİ LƏYAQƏT YOLUnun üzərindəki bütün maneələrin aradan qaldırılması isə, yenə də xalqlarımızın birliyindən, liderlərimizin aydın baxışlarından... keçir.

Prezident İlham Əliyevin Qırğızıstanda dediyi kimi, “Biz öz dillərimiz - ortaq köklərə malik Azərbaycan dili və Qırğız dili vasitəsilə bir-birimizi anlamalıyıq, bir-birimizin tarixi ilə fəxr etməliyik və bu gün razılaşdığımız kimi, ölkələrimizin və xalqlarımızın daha da yaxınlaşması üçün bizdən asılı olan hər şeyi etməliyik”.

Elçin Mirzəbəyli

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər