Bakı ilə növbəti görüş noyabrda olacaq - Paşinyan
Dərc olunub:
1-10-2022, 07:45
Ermənistan-Azərbaycan sərhədinin demarkasiya və delimitasiyası üzrə işçi qrupunun növbəti iclasının noyabrda keçirilməsi planlaşdırılır.
Avrasiya.net xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan məlumat verib.
Onun sözlərinə görə, kommunikasiyaların blokadadan çıxarılması üzrə komissiyanın işinə gəlincə, Nikol Paşinyan bu prosesin getmədiyini dolayısı ilə etiraf edib.
"İnsanların öldüyü şəraitdə oturub heç nə olmamış kimi işləri aparmaq çox çətindir”, - o bildirib.