"Prezident İrəvana və Moskvaya mesaj verdi"
Prezident İlham Əliyev 44 günlük müharibədə Rusiyanın Ermənistana silahlar göndərməsini, sərhədlərin delimitasiya və demarkasiyası prosesində 1918-1991-ci illər xəritələrinin götürülməsini qeyd etməsi Moskva və Yerevana mesajdır.
Bunu "Xalq Cəbhəsi"nə politoloq Məhəmməd Əsədullazadə Prezident İlham Əliyevin dünən
“ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda keçirilən beynəlxalq konfransda çıxışına münasibətində deyib.
Politoloqun fikrincə, ADA-da keçirilən Rusiya aktiv şəkildə sülh müqaviləsinin bağlanmasına qarşıdır və Qarabağ məsələsini gündəmdə saxlamağa çalışır: "Həmçinin sərhədlərin delimitasiya və demarkasiyası üzrə ikitərəfli komissiyanin yaradılmasına da mane olur. Halbuki, komissiya işə başlamlı idi.
Dövlət başçısının hər iki məsələni qaldırmasi Rusiyanın prosesi pozduğunu və Azərbaycanın da artıq Ermənistanın ərazi bütövlüyünü tanımayacağını mesajını vermiş oldu".
M.Əsədullazadə deyib ki, Ermənistanla Azərbaycan arasında Brüsselin vasitəçiliyinə mane olan Rusiyanın bu addımları Bakıya qarşı təzyiqdir: "Qeyd edim ki, Rusiyanın Baş nazirinin muavini Bakiya səfər etmişdir. Görünür aparılan danışıqlarda Bakını qane etməyən şərtlər irəli sürülüb.
Dövlət başçısı xüsusi bir məqamıda vurğuladı. Əsasən, Qarabağda yaşayan ermənilərdən musbət mesaj aldıqlarını vurğuladı. Bu, V.Putinin N. Paşinyana Qarabağda problemler var və onların həlli vacibdir mesajına cavab idi. Prezident bununla qeyd etdi ki, yerli ermənilər Azərbaycanın tərkibində yaşamasında problem görmür və bu istiqamətdə də problem yoxdur.
Ümumiyyətlə, Rusiyanın Cənubi Qafqaz siysəti sülhün qarşısını almağa yönəlib. Təəssüf ki, ABŞ-da sülh müqaviləsinin bağlanmasına mane olur. Avropa İttifaqının vasitəçiliyi daha obyektiv olaraq prezident tərəfindən də yüksək qiymətləndirilir. Sonda Avropa İttifaqının vasitəçiliyi iki ölkə arasında sülh müqaviləsinin bağlanmasına səbəb olmaqla yanaşı, Rusiyanın mövqeyini də zəiflədəcək. ABŞ-ın isə təsiredici mexanizmi yoxdur".