Sizin Reklam Burada

Ərdoğanın Şuşaya səfər proqramı açıqlanıb

Ərdoğanın Şuşaya səfər proqramı açıqlanıbTürkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Şuşaya səfər proqramı açıqlanıb.

Avrasiya.net APA-ya istinadən xəbər verir ki, rəsmi səfərlə Azərbaycana gələn Türkiyə Prezidenti R. T. Ərdoğan 28 il sonra Ermənistanın işğalından azad edilmiş Şuşada bu gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən rəsmi mərasimlə qarşılanacaq.

Azərbaycan Prezidenti ilə təkbətək görüşdən sonra sənədlərin imzalanma mərasimi olacaq. İmzalanma mərasiminin ardınca dövlət başçıları birgə mətbuat konfransı keçirəcək.

R. T. Ərdoğan daha sonra Şuşa şəhərini gəzməyə çıxacaq.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyunun 15-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

Nümayəndə heyətinə həmçinin Türkiyə müdafiə naziri Hulusi Akar, Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun, Türkiyə Prezidentinin sözcüsü İbrahim Kalın, Ədalət və İnkişaf Partiyasının sözçüsü Ömər Çəlik, Ədalət və İnkişaf Partiyasının millət vəkili və NATO-da Türk Qrupu rəhbəri Osman Aşkın daxildir.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər