Sizin Reklam Burada

İranla danışıqlar alınmayacaq, vəziyyət gərginləşəcək

İranla danışıqlar alınmayacaq, vəziyyət gərginləşəcəkABŞ-İran münasibətlərinin normallaşması böyük ölçüdə rəsmi Tehrandan və onun nüvə razılaşmasına getməsindən asılıdır. Lakin İranın, etiraf etməsə də, nüvə silahını əldə etmək istəməsi gec-tez yenidən Vaşinqtonla münasibətlərin pozulmasına gətirib çıxaracaq.

Bu sözləri Axar.az-a politoloq Turab Rzayev ABŞ-ın BMT Təhlükəsizlik Şurasından İrana sanksiyaların bərpa edilməsi tələbini geri çəkməsi haqda danışarkən deyib.

Politoloqun sözlərinə görə, ABŞ-ın İrana tədbiq etdiyi sanksiyaların əksəriyyəti eks-prezident Barak Obama administrasiyası dövründə qəbul edilib:

“Mövcud sanksiyaların başlıca səbəbi də İranın uranı zənginləşdirməsi ilə bağlı idi. Yəni bu gün rəsmi Vaşinqtonun İrana sanksiyaları aradan qaldırması üçün ilk növbədə rəsmi Tehran nüvə proqramında ciddi dəyişikliklər etməlidir.

Bayden Obamanın imzaladığı nüvə sazişinə qayıdacaq. Lakin İranla danışıqların alınmayacağını ehtimal edirəm. Bir müddət sonra tərəflər arasında anlaşmazlıq olacaq. Çünki hər nə qədər etiraf etməsə də, rəsmi Tehran nüvə silahı əldə etmək istəyir. Xüsusilə də bu istiqamətdə gərginlik yenidən yüksələ bilər”.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər