Sizin Reklam Burada

Sərkisyan Əliyevə vəd verdiyi üçün savaş dayandırıldı – İrəvan

Sərkisyan Əliyevə vəd verdiyi üçün savaş dayandırıldı – İrəvan2016-cı ildəki Aprel savaşı o zamankı Ermənistan Prezidenti Serj Sərkisyanın verdiyi vədlər, eləcə də onların reallaşma qrafikinin təqdimatından sonra Azərbaycanı qane etdiyi üçün dayandırıldı.

Axar.az xəbər verir ki, bunu Ermənistanın Təhlükəsizlik Şurasının sədri Armen Qriqoryan deyib.

“Aprel müharibəsi erməni tərəfininin vədlərinə görə dayandırılıb. Bu vədlərlə bağlı müəyyən qrafik var idi və bu qrafik yay ərzində müəyyən zaman üçün nəzərdə tutulmuşdu. Yayda Sasna Çrer hadisəsi baş verdi ki, Serj Sərkisyan bundan istifadə edib, vədlərin reallaşmasını 2017-ci ilin aprelinə qədər, daha sonra isə hakimiyyətin tranzitinə qədər təxirə saldı. Bu insan çoxsaylı vədlər verərək, Ermənistan üçün belə bir yük yaradıb, vəzifəsini tərk edir, daha sonra isə gəlib deyir ki, mən imzalamağa hazır idim, hansısa addımı atmağa hazır idim… Mən dəqiq şəkildə bəyana edirəm ki, onun vədləri, yaratdığı dalanlar ucbatından biz ciddi problemlərlə qarşılaşdıq”, – deyə o bildirib.

O, Sərkisyanın Aprel savaşı zamanı hansı vədlər verdiyini Sərkisyanın özündən başqa heç kimin dəqiq deyə bilməyəcəyini söyləməklə kifayətlənib.

Qeyd edək ki, uzun müddətdən sonra mediaya geniş müsahibə verən S.Sərkisyan Aprel savaşında Azərbaycanın “ağır itki” verdiyi və savaşın da “Bakının xahişi ilə dayandırıldığını” deyib. Sərkisyanın bu yalanına Ermənistanın özündə heç kəs inanmayıb.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər