Sizin Reklam Burada

Heydər Əliyevin qüdrətli düşüncə, dərin zəka sahibi olduğu inkar olunmazdır

Heydər Əliyevin qüdrətli düşüncə, dərin zəka sahibi olduğu inkar olunmazdır12 dekabr Ulu Öndərimizin anım günüdür.
Xalqın insanı, millətin lideri-Heydər Əliyev !
SƏN həmişə -Azərbaycan dövlətı yaşadıqca bizimləsən!

Siyasət-bəşəri ideyaları zərrə-zərrə qavramaqla, zəkaların gücünü duymaqla və düşüncələrin qüdrətini dərk etməklə ölçülən sistemdir.

Heydər Əliyevin qüdrətli düşüncə, dərin zəka sahibi olduğu inkar olunmazdır. Dövləti idarə edən rəhbərin məsuliyyəti millət və dövlət qarşısında özünün təsdiqini tapır. Siyasi məsuliyyət isə güclü ağıldan, əhatəli zəkadan ibarətdir. Sözsüz ki, bu amillər olmasa, siyasətin incəlikləri ilə tanış olmaq da mümkün olmaz. Dövlətçiliyi qoruyub saxlamaq, qüdrətləndirmək strategiyasının özü də olduqca güclü siyasi məsuliyyət tələb edir.

Danılmaz faktdır ki, Heydər Əliyev tarixi şəxsiyyət kimi, dövlətçilik taktikalarını tam siyasi məsuliyyətlə həyata keçirən sərkərdələrimizdən biri kimi qürurumuzu gözümüzün işığı kimi qoruyan siyasi müdrikliyi, milli, mənəvi dəyərlərimizi dövlətimizin gücü ilə bəşəriyyətdə təsdiqləyən, siyasi məsuliyyəti isə dərindən dərk edərək heç bir səhvə yol verməyən siyasi liderimiz olmuşdur.

Heydər Əliyev yaşadığı dövrün ən aktual çağırışlarına hazır olmağı nümayiş etdirə bilən və bunu ustalıqla bacaran dəqiq, aydın, ardıcıl siyasəti, mövqeyi olan bir lider idi. Onun kimi böyük siyasi iradəyə, zəngin dövlətçilik təcrübəsinə malik qeyri-adi şəxsiyyətin zəkası parçalanmaqda olan dövləti və xalqı xilas etdi.

Bu gündə qazandığımız hər bir uğurumuzda, xüsusəndə 44 günlük müharibədən sonra qazandığımız ŞANLI ZƏFƏR-də ümummilli liderin xüsusi payı var.
Bu ZƏFƏR Azərbaycan və Türkiyə qardaşlığı nəticəsində qazanıldı.

Bu qardaşlığın başlanğıcı isə çox qədimdir. "Bir millət, iki dövlət" təməlinin üzərinə türkün yaşadığı əsrlər boyunca nə qədər ağırlıqlar qoyularsa da çatlamaz.
Heydər Əliyevin "Bir millət, iki dövlət" fikrini söyləməsi, onun erkən və orta əsr türk dünyasında ömür yaşamış sərkərdələrimizin siyasi baxışlarından xüsusi məharətlə bəhrələnməsinin nəticəsidir. VI əsrdə Göytürk xaqanı olmuş Qara İssık xanın oğlu Şetunun Çin xaqanın məktubuna cavabına diqqət yetirək: - Sizə hər il vergi göndərəcəyəm, bütün vaxtımı sizə sərf edəcəyəm, sözünüzü dinləyəcəm.

Ancaq paltarlarımızın ətəklərini kəsməyə, çiyinlərimizdə dalğalanan saçlarımızı kəsməyə, dilimizi dəyişdirməyə və sizin qanunlarınızı mənimsəməyə gəlincə isə bizim ənənələrimiz qədimdən qalma adətlərimiz çox uzaq keçmişlərdən gəlir, mən özüm də indiyə qədər bunlardan tək bircəsini belə dəyişdirməyə cürət etməmişəm. Ona görə ki, bütövlükdə türk xalqı eyni qəlbin yiyəsidir!

Göytürk xaqanı Şetunun Çin hökmdarına cavabının siyasi mahiyyətini anlamaq o qədər də çətin deyildir. Ona görə ki, Göytürklər iki yerə bölünürlər. Çin hökmdarı da bu fürsətdən isifadə edərək onlaın zəiflədiklərini düşünür və xüsusi şücaət və ağıl sahibi olan Şetu xaqanı hiylə ilə ələ almaq istəyir. Şetu isə Çin hökmdarına çatdırır ki, təkcə mən sənin qulun ola bilərəm. Amma iki yerə bölünən türkün bir ürəyi , bir əqidəsi, bir inamı, bir məsləki, bir gücü vardır. Bunun davamı olaraq Heydər Əliyev türk dövlətlərinin birliyini yaratma siyasi ideyası VI əsr tariximizdən öz başlanğıcını götürmüşdür.

Bu qüdrətli düha sahibinin: - Məni təhqir edəni bağışlaram, amma xalqımı, millətimi təhqir edəni bağışlamaram! – ürək sözünün də fikir tarixi həmin dövrün bu günün əks-sədasıdır. Bu Heydər Əliyevin türk dünyası qarşısında olan övladlıq borcu və Böyük Vətən qarşısında şəxsiyyət-vətəndaş borcunu ödəmək istəyi ilə səciyələnir.

Bu gün əvəzsiz liderimiz İlham Əliyevin erməninin bizim torpaqlarda yallı getməsinə, şərab içməsinə, milli mənəvi dəyərlərimizi təhqir etməsinə möhtəşəm cavabı da həmin siyasətin layiqincə mənimsənilməsinin, türklük qarşısında məsuliyyətinin göstəricisidir.

Ulu Öndərimizi dərin hörmətlə anıram!
Ulu Öndər ruhun şad olsun, nur içində yat!

Sadiq Qurbanov
Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər