Sizin Reklam Burada

Qarabağ müharibəsindən sonra... – Soloveyin sensasion proqnozu

Qarabağ müharibəsindən sonra... – Soloveyin sensasion proqnozuMoskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun kafedra müdiri olmuş tarix elmləri doktoru, professor Valeri Solovey öz sensasion iddiaları və proqnozları ilə tanınır. Bir çox hallarda onun verdiyi siyasi proqnozlar yanlış olsa da, maraqlıdır ki, o, hələ də Rusiyanın ən çox istinad olunan politoloqu kimi qalır. Məsələn, bu ilin avqustunda demişdi ki, Rusiyanı qarşıda “qaynar payız” gözləyir. Solovey iddia edirdi ki, Rusiyadakı proseslər Belarusdan fərqli olaraq dinc məcrəda getməyəcək və dağıntılarla, çoxlu qan tökülməsi ilə müşayiət olunacaq. Onun Rusiya prezidentinin hakimiyyətdən çəkiləcəyi ilə bağlı müxtəlif vaxtlarda səsləndirdiyi proqnozlar da gerçəkləşməyib. Amma bunlara baxmayaraq, onun dediklərinə ciddi maraq var. Professor ötən gün “Komsomolskaya pravda” radiosunun qonağı olub və bizi də maraqlandıracaq proqnozlar səsləndirib.

Qarabağdan sonra yeni müharibə gözləyəkmi?

Avrasiya.net Musavat.com-a istinadla xəbər verir ki, Solovey Qarabağdan sonra keçmiş SSRİ məkanında heç bir qarşıdurma olmayacağını deyib:

“Azərbaycan 25 il ərzində yalnız Qarabağda müharibəyə hazırlaşmadı, əzələlərini möhkəmləndirdi, silah aldı və türk hərbi mütəxəssislərini tədris üçün ölkəsinə dəvət etdi. Ən əsası isə müharibə üçün Azərbaycanın resursları-nefti vardı. Rusiya bazaları və sülhməramlı qüvvələrinin olduğu digər keçmiş “qaynar nöqtələrə” - Cənubi Osetiya, Abxaziya, Dnestryanıya baxsaq, nə Gürcüstanın, nə də Moldovanın bu əraziləri hərbi yolla geri almaq şansı olmadığını başa düşəcəyik. Buna görə keçmiş SSRİ ərazisində gələn il sabitlik ehtimalı böyükdür. Amma Donbas zonası istisna olmaqla”. Solovey əlavə edib ki, növbəti il qlobal dünya müharibəsi də gözlənilmir.

Ukrayna Azərbaycanın uğurunu təkrarlamağa çalışacaqmı?

Soloveyə görə, Kiyev nə öz ordusunun, nə də özünü “respublika elan etmiş” Donbasın ordusunun hərbi qabiliyyətlərini düşünür:

“Kiyevi Rusiya ordusu düşündürür, çünki onların Donbası təslim etmək düşüncələrində belə yoxdur. Donbasın Ukraynaya qaytarıla biləcəyini deyirlər, ancaq Rusiyanın məqbul hesab etdiyi şərtlərlə. Ukrayna isə bu şərtlərə razı deyil. Ona görə düşünürəm ki, hələlik münaqişə eyni nöqtədə qalacaq”.

ABŞ-Rusiya münasibətləri: Bayden nə edəcək?

Professor ehtimal edir ki, növbəti il ABŞ-Rusiya münasibətlərinin kəskin şəkildə pozulacağı inandırıcı deyil:

“Hər şey yeni Amerika rəhbərliyindən asılıdır. Onlar diqqəti daxili problemlərə yönəldəcəklər, yoxsa Rusiya ilə didişməyə? İndi ABŞ ciddi böhran yaşayır, ÜDM-də misilsiz azalma var. Baydenin bu şərtlər altında Moskvanın üzərinə gedəcəyini düşünmürəm. Lakin onların Rusiyaya ciddi təsir mexanizmləri var. Bu, Rusiyanı SWIFT beynəlxalq bank sistemindən ayırmaq və qismən neft embarqosunun tətbiqi ola bilər. Rusiyalı iş adamlarına və yüksək vəzifəli məmurlara qarşı fərdi sanksiyalar da mümkündür. Bunlar isə Rusiyaya ciddi zərbələr olacaq”.

Lukaşenko gələn il hakimiyyətini saxlaya biləcəkmi?

Solovey deyib ki, Belarusdakı kütləvi etirazların necə inkişaf edəcəyini proqnozlaşdırmaq demək olar ki, mümkün deyil:

“Lukaşenko müxalifətlə danışıqlarla uzlaşmaq istəyir. Ancaq öz şərtləri ilə. Artıq prezidentliyə namizədliyini verməyəcəyini söyləməsi səbəbsiz deyil. Söhbət yeni konstitusiyanın qəbulundan və erkən seçkilərin elan edilməsindən gedir. Və bundan sonra Lukaşenko gedəcək. Bundan sonra xüsusi şəxs kimi təhlükəsizlik zəmanəti alaraq Belarusda qala bilər. Bir vaxtlar Çin ona sığınacaq təklif etmişdi. Üçüncü sığınacaq nöqtəsi isə Moskvaya köçmək ola bilər”.

Rusiyada inqilab olacaqmı?

Soloveyə görə, Rusiya cəmiyyət inqilaba hazır deyil, ancaq siyasi böhran mümkündür:

“Payızda Dövlət Dumasına seçkilər olacaq. Seçki marafonu çox ciddi küçə etirazları ilə keçə bilər. Çünki hakim partiyanın yenidən mandat çoxluğu qazanmaq istəyəcəyi barədə iddialar var. Ancaq meydana yeni oyunçular da çıxa bilər. Məsələn, “Yeni adamlar” və “Həqiqət naminə” partiyasından Zaxar Prilepinin tərəfdarları Dövlət Dumasında bir neçə yer əldə edə bilərlər”.

Koronavirus nə vaxt bitəcək?

Ötən il koronavirus bəlası barədə proqnozları ilə də məşhurlaşan Solovey deyib ki, virus təhlükəsinin 2021-ci ilin sonundək davam edəcəyini düşünür:

“Ancaq yazda kütləvi qorxu azalmağa başlayacaq. Peyvənd davam edir, bir çox ölkədə eyni vaxtda başlayacaq - Rusiya, ABŞ, İngiltərədə. Və bu, insanları qorxudan azad edəcək. Koronavirusa münasibətimizin tədricən qripə bənzəyəcəyini düşünürəm”.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər