Sizin Reklam Burada

İranlı mütəxəssislər Tehranın Qarabağ probleminə yanaşmasını dəyərləndirdi - TƏHLİL

İranlı mütəxəssislər Tehranın Qarabağ probleminə yanaşmasını dəyərləndirdi - TƏHLİLİranlı mütəxəssislər rəsmi Tehranın Dağlıq Qarabağ probleminə mövqeyini tənqid edib.

Publika.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, beynəlxalq münasibətlər üzrə mütəxəssis Fərzad Səmədli İranın Azərbaycandan daha çox Ermənistana yaxın münasibət bəslədiyini söyləyib.

“İranın siyasəti 1981-ci ildə vəzifəyə gətirilən və 16 il Xarici işlər naziri çalışan Əli Əkbər Vəlayətindən bəri Ermənistana daha yaxın olmaq oldu. Təbii ki, bu mövqe Vəlayətidən deyil, İran dövlətindən qaynaqlanır.

İranın milli maraqları nəzərə almadan Dağlıq Qarabağ böhranında etnik təməlli siyasəti həyata keçirməsi ziddiyyətli davranışlara yol açır, bu vəziyyətdən ən çox zərər çəkən isə İran xalqı olur. İran hökuməti əhalisinin əksəriyyətini təşkil edən və ölkə ticarətini əlində tutan türklərin istəkləri istiqamətində və beynəlxalq razılaşmalara uyğun olaraq Türkiyə və Pakistan kimi İslam ölkələrinin yolundan getməli və Dağlıq Qarabağı işğal edən Ermənistanın bu torpaqlardan çıxması üçün təşəbbüs göstərməlidir”, - ekspert qeyd edib.

Onun sözlərinə görə, rəsmi Tehran Azərbaycanın inkişafından narahatdır: “İran rəsmi açıqlamalarında Azərbaycanın ərazi bütövlüyünə hörmət edilməsini dilə gətirir, lakin reallıqda bu, özünü göstərmir. İran Bakı-Təl-Əviv münasibətlərindən narahat olmaqla yanaşı, Azərbaycanın İran türklərinin istiqamət mərkəzi olma potensialından təşvişə düşür”.

İranın beynəlxalq münasibətlər üzrə mütəxəssisi və İranın Bakıdakı sabiq səfiri Əfşar Süleymani bildirib ki, Ermənistanın Dağlıq Qarabağa hücumu Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının ATƏT-in Minsk qrupunun cəhdləri ilə 1994-cü ildə imzalanan atəşkəs razılaşmasının pozulması deməkdir. Rəsmi Tehran Azərbaycanın ərazi bütövlüyünə hörmət etməsi lazımdır. Bu da işğal edilən bölgələrin Ermənistanın əlindən xilas edilməsi mənasına gəlir”.

O qeyd edib ki, İran Ermənistanla turizm sektorunda əməkdaşlıq etməməklə Azərbaycanın maraqlarına uyğun davranmalı idi: “İran Azərbaycanla Erməənistan arasına girməkdən qaçır”.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər