Sizin Reklam Burada

İlham Əliyevin silsilə uğurlarının qarşısını almaq istəyirlər...

İlham Əliyevin silsilə uğurlarının qarşısını almaq istəyirlər... “Azərbaycanımızın dünyada artan nüfuzu, Prezidentimiz cənab İlham Əliyevin silsilə uğurları bizi istəməyən ölkələri və qüvvələri hərəkətə gətirərək, bu uğurların qarşısını almağa sövq edir. Son günlər Ermənistan tərəfindən Tovuz istiqamətində törədilən təxribat hadisələri də bunun əyani göstəricisidir”.

Bunları YAP-çı deputat, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov son günlərin aktual mövzuları ilə bağlı “Feysbuk” statusunda yazır.

Deputat qeyd edir ki, Tovuz istiqamətində gərginlik cəmiyyətimizdə xüsusi canlanmaya səbəb oldu. “Bütün azərbaycanlılar, harada yaşamasından asılı olmayaraq, bu hadisənin, başda generalımız olmaqla, hərbçilərimizin şəhid edilməsinin qisasını almaq üçün ayağa qalxmışlar. Eyni zamanda, ölkədə 43 siyasi partiya bir araya gələrək, belə çətin məqamda ölkə Prezidentinin ətrafında birləşdiklərini bəyan etdilər və Ali Baş Komandanı əmin etdilər ki, Vətənimizin şərəfi və namusu yolunda istənilən tapşırığı yerinə yetirmək üçün müsəlləh əsgər olmağa hazırdılar. Paralel olaraq on minlərlə insan döyüşmək üçün ordu siralarına yazılmağa başladı və mənfur düşməni yerində oturtmaq, onlara öz yerlərini göstərmək məqsədi ilə Bakıda, onlarla Avropa və digər dünya ölkələrində izdihamlı yürüşlər keçirildi. İndiyə qədər arzuladığımız belə bir birliyin olması Azərbaycan diasporasının uğuru kimi də qiymətləndirilməlidir”.

S.Qurbanov Vətənini sevən hər bir şəxsin öz ölçüsündə düşmənə layiqli cavab verməsinin zəruriliyini qeyd edib: “Bildiyiniz kimi, Avropanın ən böyük topdansatış mərkəzi olan “Fud siti”-də Ermənistan məhsullarının satışı bir neçə gündür ki, şirkətin rəhbərliyinin qərarı ilə dayandırılıb. Heç şübhəsiz ki, bu qərar Ermənistan iqtisadiyyatı üçün böyük itki deməkdir. Bu işi təşkil edənlərə, o cümlədən Vətənini sevən, onun üçün çalışan bütün insanlara öz dərin minnətdarlığımı bildirirəm!”

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər