Hadisələr "dörd" mərhələdə baş verib - İran səfirliyinin açıqlaması

Avrasiya.net İran İslam Respublikasının Bakıdakı Səfirliyinin Mətbuat Xidmətinin son hadisələrlə bağlı açıqlamasını təqdim edir.

İran İslam Respublikasının Bakıdakı Səfirliyinin Mətbuat Xidməti, Azərbaycan Respublikası mediasının İranda iqtisadi tələblər ətrafında başlayan, lakin İsrail və ABŞ-ın birbaşa və aşkar təhriki ilə zorakılığa çevrilən etirazlarla bağlı müraciətlərinə cavab olaraq, ictimaiyyəti məlumatlandırmaq məqsədilə aşağıdakı faktları diqqətə çatdırır:

Sözügedən hadisələr "dörd" mərhələdə baş vermişdir:

1. Birinci mərhələ (28-31 dekabr): Mülki etirazlar - Bu mərhələdə nümayişlər bazar və bəzi gildiyalar səviyyəsində çox dinc və məhdud şəkildə keçirilmişdir. Bu səbəbdən, şəxsən cənab Prezident etirazçıların nümayəndələri ilə görüşərək onların tələblərinin qarşılanması yolları barədə fikir mübadiləsi aparmış; nazirlərə və valilərə gildiya nümayəndələri, eləcə də iqtisadi fəallarla dialoq qurmaq barədə tapşırıqlar vermişdir.

2. İkinci mərhələ (1-7 yanvar): Zorakı, lakin qeyri-silahlı etirazlar - İkinci mərhələdə, gildiyaların haqqlı tələblərindən sui-istifadə etmək məqsədi güdən yeni ünsürlər bəzi xalq kütlələrinin arasına sızaraq, zorakı hərəkətlərə yol vermişlər. Bu mərhələdə təhlükəsizlik qüvvələri zorakılığın kəskinləşməsinin qarşısını almaq üçün tam təmkinlə davranmışlar. Vəziyyət hələ də tam nəzarət altında idi. Bu qəbildən olan nümayişlər digər ölkələrin təcrübəsində də tez-tez müşahidə olunan hallardır.

3. Üçüncü mərhələ (8-10 yanvar): Silahlı zorakılıq və terror aktları (12 günlük müharibənin 13-cü günü) - Təəssüflə qeyd edilməlidir ki, bu mərhələdə terrorçu və silahlı ünsürlər aksiyaların dinc məcradan çıxararaq vəziyyəti kəskinləşdirmiş, itkilərin sayını artırmaq məqsədilə polisə və mülki vətəndaşlara qarşı həm odlu, həm də soyuq silahlardan istifadə etmişlər. ABŞ və İsrail tərəfindən koordinasiya edilən qüvvələrin təhrikedici fəaliyyətlərini sübut edən çoxsaylı video-görüntülər və sənədlər mövcuddur. Bu amansız silahlı qruplar xaos yaratmaq məqsədilə, habelə Sionist rejimin və ABŞ-ın İrana qarşı yönəlmiş 12 günlük hərbi təcavüz siyasətinin davamı kimi küçələrə axışaraq, ağır cinayətlərə və qan tökülməsinə rəvac vermişlər.

4. Dördüncü mərhələ (10 yanvardan etibarən): Nəzarətin bərqərar edilməsi - Dördüncü mərhələdə, təhlükəsizlik qüvvələri vəziyyəti tam nəzarətə götürmək, terrorçuların vətəndaşlara və şəhər infrastrukturuna vurduğu zərərlərin qarşısını almaq, habelə İran xalqının bədxahlarının mənfur terror planlarını puça çıxarmaq məqsədilə hərəkətə keçmişlər. Görülmüş operativ tədbirlər nəticəsində çox sayda terrorçu ünsür silahlı vəziyyətdə cinayət başında yaxalanmış və ölkədə asayiş tam bərpa edilmişdir.

"Dəymiş zərər və tələfatın statistik mənzərəsi":

• Çox sayda ictimai iaşə obyekti, dövlət binası və polis məntəqəsi yandırılaraq tamamilə yararsız hala salınmışdır.
• Vətəndaşlara məxsus mülklər və mənzillər hədəf alınmış, bəzi şəhərlərdə
200-ə yaxın ticarət obyekti odlanmışdır.
• Mağazalarını bağlamaqdan imtina edən sahibkarlar fiziki məhv və yandırılma ilə hədələnmişlər.
• Xüsusi təyinatlı texnikalar hədəfə alınmış; 53 yanğınsöndürən və 180 təcili tibbi yardım maşını yandırılmışdır.
• Təkcə paytaxtda 26 bank filialı və 25 məscid vandalizm aktına məruz qalaraq yandırılmışdır.
• Ölkə miqyasında ümumilikdə 53 məscid odlanmışdır.
• Yaralı şəxslər qətlə yetirilmişdir; belə ki, vətəndaşların yaralıları xəstəxanaya çatdırmaq cəhdi zamanı, bəzi şəxslər kömək bəhanəsi ilə onlara qoşulmuş, lakin bir qədər sonra hər 11 yaralıya yaxın məsafədən "nəzarət atəşi" açaraq onları qətlə yetirmişlər.
• Silahlı terrorçulardan 1300-dən çox odlu silah və hərbi sursat aşkar edilərək müsadirə olunmuşdur.

İran İslam Respublikası xalqın dinc etiraz və qanuni tələb hüququnu tanımaqla bərabər, vətəndaşların hüquq və azadlıqlarının müdafiəsinə, xüsusilə dinc nümayişlər zamanı insanların can və mal təhlükəsizliyinin, ictimai mülkiyyətin və milli asayişin qorunmasına tam sadiqdir. Şübhəsiz ki, milli qanunvericiliyə və beynəlxalq öhdəliklərə uyğun olaraq, iğtişaşçılar, təxribatçılar və terrorçu ünsürlərə qarşı ən qətiyyətli tədbirlər görüləcəkdir.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər