İranın gizli gücü Trampı təəccübləndirdi

Beynəlxalq münasibətlər və siyasi elmlər üzrə mütəxəssis Prof. Dr. Ulvi Keser MediaTürk TV-də jurnalist Serdar Şengülün aparıcılığı ilə yayımlanan “Net Baxış 360 Dərəcə” proqramında gündəmlə bağlı mühüm açıqlamalar verib.

Modern.az xəbər verir ki, Prof. Dr. Keser bildirib ki, Yaxın Şərq məqsədli və planlı şəkildə “qaynar qazan” halına gətirilir, Türk dünyası isə şimaldan, şərqdən və cənubdan süni müharibə gündəmi ilə məşğul edilir.

Onun sözlərinə görə, bu proses regionda ciddi sabitliksizlik yaradacaq və qlobal miqyasda təsir göstərən “süni savaş xətti” xüsusilə həmin coğrafiyada yerləşən dövlətləri dərindən sarsıdır.

Yaxın Şərqin tarix boyu problemli bir bölgə olduğunu vurğulayan Keser qeyd edib ki, bu cür gərginliklər yeni deyil:

“300 il əvvəl də oxşar problemlər mövcud idi. Maraqlar və mənfəət hesabları davam etdiyi müddətcə Yaxın Şərqdə davamlı sabitliyin təmin olunması mümkün deyil”.

ABŞ Prezidenti Donald Trampın İrana münasibətini də dəyərləndirən Prof. Dr. Keser, Trampın 2026-cı ilə gözlənilməz addımlarla başladığını və İran məsələsində geri addım atmaq məcburiyyətində qaldığını bildirib. Onun sözlərinə görə, Tramp administrasiyası Ukrayna böhranı fonunda Rusiyanı sınaqdan keçirib və bu prosesdə Vladimir Putinin hərbi gücünü açıq şəkildə görüb. Eyni zamanda İranın da bu geopolitik sınağın bir hissəsinə çevrildiyi qeyd olunub.

Keser vurğulayıb ki, ABŞ rəhbərliyi İranın istənilən səviyyəyə gəlib-gəlmədiyi mövzusunda belə dəqiq məlumata sahib deyil. O, Tramp administrasiyasının İranın “gizli gücü”nün nə olduğuna dair ciddi qorxular və narahatlıqlar yaşadığını düşündüyünü ifadə edib.

Proqramda Türkiyənin regional mövqeyinə də toxunan Prof. Dr. Ulvi Keser, Türkiyənin həm diplomatik baxımdan, həm də fövqəladə hallar çərçivəsində İranda baş verən bütün proseslərə qarşı tam hazırlıqlı olduğunu bildirib. Türk dövlətinin dərin və köklü dövlətçilik ənənəsinə sahib olduğunu vurğulayan Keser, Türkiyənin dünya miqyasında sülh və humanitar əməliyyatlar sahəsində bənzərsiz bir ölkə olduğunu və bütün böhranlara qarşı daim ayıq vəziyyətdə olduğunu deyib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər