Rəsmi Bakı 4 ermənini İrəvana təhvil verdi

Rəsmi Bakı 4 ermənini İrəvana təhvil verdiAzərbaycan Cinayət Məcəlləsinin müxtəlif maddələrilə təqsirli bilinərək ölkəmizdə cəza çəkən 4 nəfər - Xaçaturyan Vaqif Çerkezi, Sujyan Gevorg Rubenoviç, Davtyan David Tiqrani və Eulcekcian Viken Abrahamın Ermənistana təhvil verilib.

Bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan facebook səhifəsində paylaşım edib.

O bildirib ki, həmin şəxslər Həkəri körpüsü vasitəsilə təhvil verilib.

Bu proses həmçinin Azərbaycan və Ermənistan arasında sülh prosesinin praktiki nəticələrindən biridir.

Xatırladaq ki, 2020-ci ildə saxlanılan Eulcekcian Viken Abraham Livandan Qarabağa döyüşlərdə iştirak etmək üçün muzdlu gəlməsi müəyyən edilib. 2021-ci ildə Bakı Hərbi Məhkəməsinin hakimi Elbəy Allahverdiyevin hökmü ilə Eulcekcian Viken Abraham 20 il müddətinə azadlıqdan məhrum edilib.

Paşinyan onu da bildirib ki, ilkin müayinənin nəticələrinə görə Gevorq Sujyan, David Davtyan və Vigen Eulcekciyanın səhhətində problem yoxdur.

"Vaqif Xaçatryanın səhhəti əvvəlcədən qənaətbəxş qiymətləndirilir", - Baş nazir əlavə edib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər