İranda 17 gündə 2403 nəfər öldürülüb
Dərc olunub:
14-01-2026, 14:37
İranda 17 gündür davam edən ümumxlaq etirazlarında öldürülənlərdən 2403 nəfərin kimliyi müəyyənləşdirilib. Öldürüldüyü bildirilən 779 nəfərin isə hələlik kimliyini dəqiqləşdirmək mümkün olmayıb.
Bunu İran İnsan Haqları Təşkilatı bildirib.
Öldürülənlərdən 147-i hökumət məmuru, 12-i azyaşlı və 9-u etiraz aksiyalarında iştirak etməyən mülki şəxsdir.
Bununla yanaşı 18.434 nəfər həbs edilərək müxtəlif həbsxanalara köçürülüb.
