İrandakı rejim 18 yaşlı tələbəni də güllələyib öldürdü
Dərc olunub:
14-01-2026, 11:25
İranın Tənkabun şəhər (əvvəlki adı Şahsavar - red) sakini, 18 yaşlı Surena Golgoon şəhərdə təhlükəsizlik qüvvələri tərəfindən güllələnib.
Bu barədə "Iran International" məlumat yayıb.
Yaralanan gəncə daha sonra ürəyindən daha bir güllə vurulub. O, ürəyindən aldığı güllədən sonra ölüb.
Surena Golgoon tələbə olub. O, birinci kursda oxuyurdu.
