İran bir neçə milli dövlətə parçalana bilər - Arkov

İran bir neçə milli dövlətə parçalana bilər - Arkovİranda müşahidə olunan etiraz aktivliyi monolit deyil və ortaq, vahid bir məqsədlə idarə olunmur.

Avrasiya.net xəbər verir ki, bu sözləri Axar.az-a rusiyalı ekspert Vitali Arkov İrandakı etirazları şərh edərkən deyib.

“Etirazlar bir neçə ildir ki, müxtəlif intensivliklə və müxtəlif maraqlar naminə davam edir, etiraz aktivliyinin hazırkı artımının həm sırf daxili, həm obyektiv səbəbləri, həm də xarici manipulyasiyaları var. Etirazçılar və iğtişaş törədənlər gündəlik maaş müqabilində və ciddi koordinasiya altında fəaliyyət göstərirlər”, - o bildirib.

Arkov İranın çoxmillətli olduğunu və ayətullah rejiminin süqutundan və ya zorla devrilməsindən sonra hər bir xalqın İranın gələcəyi ilə bağlı öz baxışının olduğunu vurğulayıb:

“Qərb təbliğatı İran xalqının monarxiyaya qayıtmağı xəyal etdiyi fikrini irəli sürür və bu məqsədlə mühacir icması arasında belə heç bir dəstək almayan şahzadə Rza Pəhləvini irəli çəkir. İrandakı mənbələrdən əldə edilən məlumata görə, belə bir ssenari yalnız titul etnik qrup - farslar üçün məqbuldur. Nəzəri olaraq monarxiyanın qayıdışı, nə qədər dünyəvi bir həyat vəd etsə də, geriləmədir, gənc nəsil isə (onlar etirazların mərkəzindədirlər) Qərb təbliğatının onlar üçün təsvir etdiyi yeni bir gələcək arzulayır. Başqa bir vacib məqam: Şah rejiminin bərpası İranın hazırkı sərhədləri daxilində qorunmasını nəzərdə tutur. Eyni zamanda, İran azərbaycanlıları, türkmənlər, ərəblər, bəluclar, kürdlər Tehranın nəzarətindən çıxmağa çalışırlar - suveren dövlətlər yaratmaq və ya öz milli dövlətlərinə qoşulmaqla. Onların etirazlarda iştirakı məhz bu məqsədi güdür. Üstəlik, İran kürdlərinə bunu Amerika kuratorları, İran bəluclarına isə Pakistan (oxu: İsrail) kuratorları vəd edib, bu məqsədlə onlara pul və silah verilib”.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər