Dava edən deputatların maaşı kəsiləcək

Dava edən deputatların maaşı kəsiləcəkTürkiyə Böyük Millət Məclisində (TBMM) qanunvericilik prosesinin keyfiyyətini artırmaq və Plenar iclaslarda tez-tez yaşanan gərginliklərin qarşısını almaq məqsədilə yeni daxili nizamnamə yanaşması müzakirə edilir.

Məclisin Araşdırma Xidmətləri Başkanlığı tərəfindən hazırlanan “Fransa Parlamentində Qanunvericilik, Nəzarət və Büdcə Prosesləri Hesabatı” millət vəkillərinə paylanıb. Hesabatda yer alan təkliflərin isə xüsusilə intizam məsələsində daha sərt sanksiyaların gündəmə gətirilməsini nəzərdə tutduğu qeyd olunur.

Hazırlanan çərçivə layihəsinə əsasən, Plenar iclas zalında deputatların davranışlarının dərəcələndirilmiş şəkildə cəzalandırılması planlaşdırılır. Ən aşağı səviyyədə şifahi xəbərdarlıq xarakteri daşıyan “töhmət” nəzərdə tutulur, daha sonrakı mərhələlərdə isə sanksiyaların tədricən ağırlaşdırılması təklif edilir.

Təklifə görə, protokollara düşəcək rəsmi xəbərdarlıq mərhələsində deputatın maaşından müəyyən faizdə kəsinti, töhmət mərhələsində isə bu kəsintinin daha da artırılması gündəmdədir. Ən ağır sanksiya kimi nəzərdə tutulan müvəqqəti uzaqlaşdırma zamanı isə deputatın müəyyən müddət Məclis iclaslarında iştirak edə bilməməsi, binaya girişinin məhdudlaşdırılması və iki aya qədər maaş kəsintisi tətbiq edilə bilər.

Qeyd olunur ki, bu yanaşma xüsusilə kürsüdə təhqir, təhdid və ya fiziki müdaxilə hallarının qarşısını almaq məqsədilə atılır. (Mənbə Unikal.az)

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər