Rusiyada doğum evində 10 körpə ölüb, araşdırma aparılır

Rusiyada doğum evində 10 körpə ölüb, araşdırma aparılırRusiyanın Kemerovo vilayətinin Novokuznetsk şəhərindəki doğum evində 2026-cı ilin yanvarında 10 körpənin ölməsi faktı üzrə araşdırma başlanıb.

Rusiya mediası xəbər verir ki, bu barədə vilayətin İstintaq Komitəsinin İstintaq İdarəsindən bildirilib.

Körpələrin ölümü ilə bağlı məlumatlardan sonra prokurorluq "Rospotrebnadzor" və "Roszdravnadzor" (Səhiyyə sahəsində federal nəzarət xidməti) mütəxəssislərinin iştirakı ilə müəssisənin səhiyyə, yetkinlik yaşına çatmayanların hüquqlarının müdafiəsi haqqında qanunvericiliyin tələblərinə əməl etməsi və doğum evində sanitariya-epidemioloji norma və tələblərin icrası sahəsində yoxlamalara başlayıb.

Novokuznetsk şəhəri üzrə istintaq şöbəsində Rusiya Cinayət Məcəlləsinin 293-cü maddəsi (səhlənkarlıq) ilə ilkin araşdırma aparılıb.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər