Azərbaycanlı Ukraynada itkin düşdü
Dərc olunub:
Dünən, 13:42
Əslən azərbaycanlı olan Rusiya vətəndaşı Ukraynada gedən döyüşlərdə itkin düşüb.
Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
Məlumata görə, Pərvin Aqil oğlu Fətullayev 2025-ci aprel ayında Rusiya silahlı qüvvələrinin tərkibində döyüşlərə qatılıb, sonuncu dəfə ailəsi ilə 2025-ci ilin may ayının əvvəlində əlaqə saxlayıb.
Onun Xarkov vilayətinin Volçansk şəhəri istiqamətində gedən döyüşlərdə iştirak etdiyi bildirilir.
