İranda etirazlar - 116 nəfər öldürülüb

İranda hökumət əleyhinə etirazlar 14 gündür davam edir və nümayişlər ölkənin bir çox şəhərinə yayılıb. Baş verən hadisələr nəticəsində həyatını itirənlərin sayı 116-ya çatıb.

Bu barədə İran İnsan Hüquqları Fəalları Xəbər Agentliyinin (HRANA) məlumatında deyilir.

Bildirilib ki, etirazların 14-cü günündə baş verən toqquşmalar zamanı ölənlər arasında 37 təhlükəsizlik işçisi və 4 səhiyyə işçisi də var. Hadisələr zamanı bir prokurorun da öldürüldüyü bildirilir.

Qeyd olunub ki, indiyədək 2600-dən çox insan yaralanıb, 2638 nəfər isə saxlanılıb. İran hakimiyyəti etirazlar zamanı ölən və yaralananların ümumi sayı ilə bağlı hələlik rəsmi açıqlama verməyib.

HRANA bir gün əvvəl ölənlərin sayının 66 olduğunu açıqlamışdı.

Qeyd edək ki, 28 dekabr 2025-ci ildə Tehranın Böyük Bazarında dükan sahiblərinin təşəbbüsü ilə başlayan etirazlar qısa müddətdə ölkənin digər şəhərlərinə də yayılıb. “Tasnim” 7 yanvarda etirazlar zamanı yaralanan polis məmurlarının sayının 568-ə, Bəsic üzvlərinin isə 66-ya çatdığını bildirsə də, ümumi itkilərlə bağlı məlumat verməyib. 8 yanvarda Tehranda şiddətlənən etirazlar zamanı bəzi qrupların avtobusları, təcili yardım maşınlarını, eləcə də, 24 evi, 25 məscidi, 2 xəstəxananı və 26 bankı yandırdığı və vandalizm aktları törətdiyi bildirilib. Hadisələrdən sonra İran hökuməti ölkə üzrə internetə çıxışı bloklayıb.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər