İranda aksiya zamanı idmançı güllələnərək öldürüldü

İranda davam edən etirazlar zamanı daha bir şəxs öldürülüb.

Avrasiya.net Report-a istinadən xəbər verir ki, bu barədə "Hengaw" insan hüquqları təşkilatı məlumat yayıb.

Gilan əyalətinin Rəşt şəhərindən olan idmançı Mehdi Zatpur etiraz aksiyalarda təhlükəsizlik qüvvələri əməkdaşının birbaşa atəş açması nəticəsində həyatını itirib.

Qeyd edək ki, İranda etirazlar 2025-ci ilin dekabrın sonunda yerli valyutanın - İran rialının devalvasiyasına görə başlayıb. İlkin olaraq əsas mövzu mübadilə məzənnəsinin kəskin dəyişməsi və bunun topdansatış və pərakəndə qiymətlərə təsiri idi, lakin sonradan ölkənin bir sıra şəhərlərindəki etiraz aksiyaları polislə toqquşmalara çevrilib. Həm təhlükəsizlik qüvvələri, həm də iğtişaşlarda iştirak edənlər arasında qurbanların olduğu bildirilir.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər