SEPAH generalının oğlu öldürüldü
Dərc olunub:
10-01-2026, 16:12
İranın dövlət mediası İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandirlərindən biri olan general Nurəli Şuştarinin oğlu Fərəcullah Şüştarinin ölümü barədə məlumat yayıb. Hadisə Məşhəd şəhərində baş verib.
Bu barədə "Azad İran" Teleqram kanalı məlumat yayıb.
Fərəcullah Şüştarinin etirazçılar tərəfindən öldürüldüyünü iddia edilir. Lakin bu iddiaları dəstəkləyən heç bir rəsmi sənəd və ya dəlil təqdim olunmayıb.
"Tasnim" birbaşa məsuliyyəti etirazçıların üzərinə qoysa da, ölümün təfərrüatı və səbəbi açıqlanmır.
Qeyd edək ki, Fərəcullah Şüştari əvvəllər Semnan əyalətinin siyasi və təhlükəsizlik məsələləri üzrə qubernator müavini vəzifəsində çalışıb.
