Arakçı ailəsi ilə birgə Livana qaçdı

İranın xarici işlər naziri Abbas Arakçının ailə üzvləri ilə birlikdə Livana getdiyi və onların ölkədə qeyri-müəyyən müddətə qalacağı açıqlanıb.

Avrasiya.net "Unikal"a istinadən xəbər verir ki, İraq əsilli livanlı jurnalist və tədqiqatçı Hüseyn Əbdül Hüseyn X sosial şəbəkəsində paylaşdığı məlumatda bildirib ki, Arakçı ailəsini Livana səfəri zamanı özü ilə aparıb.

Onun sözlərinə görə, İranın Livandakı səfiri ilə bağlı da oxşar məlumat mövcuddur və səfirin ailəsinin də hazırda Livanda olduğu deyilir.

Jurnalist qeyd edir ki, Arakçı, həyat yoldaşı Arzu Əhmədvənd, qızı Sadat və iki oğlu — Seyidhüseyn və Seyidrza ilə birlikdə Beyruta gəlib. Ailənin Livandakı İran diplomatlarına məxsus şəxsi evlərdə yerləşdirildiyi və qalma müddətinin qeyri-müəyyən olduğu bildirilir.

Əbdül Hüseyn paylaşımında İranın ali rəhbəri Əli Xameneinin mümkün hərəkət istiqamətinə də toxunaraq bildirib ki, onun Moskvaya getməsi ehtimalı azdır. Jurnalistin fikrincə, Xameneinin mümkün təyinat yeri Beyrut ola bilər.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər