Etirazçılar İran dövlət televiziyasının binasını yandırdılar
Dərc olunub:
9-01-2026, 10:51
İranda genişlənən etiraz aksiyaları çərçivəsində bir sıra şəhərlərdə qarşıdurmalar davam edir.
İran KİV-ləri xəbər verir ki, Məşhəddə təhlükəsizlik qüvvələri ilə etirazçılar arasında toqquşma olub. Hazırda şəhərdə vəziyyət gərgin olaraq qalır.
Qeyd olunur ki, İsfahanda etirazçılar İran dövlət televiziyasının binasını yandırıblar. İndiyənədək İranda baş verən etirazlarda 45 nəfər, o cümlədən 3 SEPAH üzvü həyatını itirib.
Xatırladaq ki, İranda internetin verilişi tamamilə dayandırılıb. Hazırda heç bir hökumət saytı da işləmir. İranda narazılığın səbəbi rialın çökməsidir. Dekabr ayında ölkədə rəsmi inflyasiya 42,5%-ə çatıb.
