İran şahının oğlu silahlı qüvvələrə müraciət etdi: Xalqa atəş açmayın!

İran şahının oğlu silahlı qüvvələrə müraciət etdi: Xalqa atəş açmayın!İranın sonuncu şahının ABŞ-da məskunlaşmış oğlu Rza Pəhləvi İran silahlı və təhlükəsizlik qüvvələrinə müraciət edib.

Rza Pəhləvi müraciətini sosial şəbəkələr üzərindən yayıb.

“İran xalqını müdafiə etmək üçün hərbi forma geyinmiş sizlər indi tarixi bir seçimlə qarşılaşmısınız. İranın cəsur xalqının tarix yaratdığı bu günlərdə sizə sualım budur: tarixin hansı tərəfində dayanacaqsınız? Cinayətkarlarla, yoxsa xalqla?”, - deyə Rza Pəhləvi İran hüquq-mühafizə orqanları əməkdaşlarına müraciətində bildirib.

Onun sözlərinə görə, İranın korrupsiyalaşmış rejiminin süqut etməsi indi həmişəkindən daha yaxındır.

“Bu həlledici anlarda silahlarınızı insanlara atəş açmaq üçün deyil, onları qorumaq üçün istifadə etməyinizi gözləyirəm. Bunu etməklə, siz yalnız milli borcunuzu yerinə yetirməyəcək, həm də öz gələcəyinizi və ailələrinizin gələcəyini qoruyacaqsınız”, - Rza Pəhləvi vurğulayıb.

O deyib ki, İranın hüquq-mhüfizə orqanlarında və təhlükəsizlik qüvvələrində çalışanlar üçün xalqa qoşulmaq və batan gəmidən ayrılmaq üçün son şansdır:

“Xalqa zülm edənlərin və ona atəş açanların müəyyənləşdirilib cəzalandırılacağına əmin olun. İran xalqının yanında olanlar xalq ərəfindən hörmət və ehtiramla qarşılanacaqlar”.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər