İranda polis mərkəzinə basqın edildi, üç nəfər öldü

İranda davam edən etirazlar fonunda ölənlərin sayı artıb.

Axar.az xəbər verir ki, Elam vilayətinin Məlikşah şəhərində iğtişaşçılar hüquq‑mühafizə mərkəzlərindən birinə daxil olmağa cəhd göstəriblər. Nəticədə silahlı qarşıdurma baş verib və üç nəfər həlak olub.

"Mehr" Xəbər Agentliyi isə ölənlərdən birinin hüquq‑mühafizə orqanlarının əməkdaşı, digər iki nəfərin isə etirazçı olduğu məlumatını yayıb. Toqquşmalarda bir neçə nəfərin yaralandığı bildirilir.

Xatırladaq ki, İranda ümumxalq etirazlarında daha əvvəl üç nəfərin öldüyü bildirilmişdi.

Qeyd edək ki, İranda inflyasiya və milli valyutanın dollara nisbətdə rekord həddə kəskin ucuzlaşması nəticəsində son üç ildə ən böyük etiraz aksiyaları keçirilir.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər